Türkiyədə "Vanlı Kara Haydar"a qarşı əməliyyat: Bir milyard lirədən çox vəsait müsadirə edildi

Türkiyədə "Vanlı Kara Haydar"a qarşı əməliyyat: Bir milyard lirədən çox vəsait müsadirə edildiTürkiyədə Ankara prokurorluğunun rəhbərliyi altında "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalana qarşı "cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması" maddəsi üzrə başladılan istintaq davam edir.

Oxu.Az xəbər verir ki, bu barədə "TRT Haber"ə yerli hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bundan əvvəl İstanbulda iki avtomobildə 16 milyon 440 min avro və 700 min dolların aşkarlandığı istintaq çərçivəsində, həbsdə olan Hakkı Doğanın ifadəsində qeyd etdiyi Antalyadakı bir obyektdə axtarış həyata keçirilib. Qeyd olunan iş yerində aparılan axtarış zamanı 1 milyard 541 milyon 395 min lirə məbləğində pul müsadirə olunub. Ələ keçirilən vəsaitin mənbəyinin, saxta olub-olmamasının və cinayət işi ilə əlaqəsinin müəyyənləşdirilməsi üçün ekspertizaların davam etdiyi bildirilir.

Nəticədə, əməliyyatlar zamanı müsadirə edilən vəsaitlərin elan edilmiş lirə ekvivalenti əsasında hesablanan nominal ümumi məbləği təxminən 2 milyard 475 milyon lirəyə çatıb.

Aşkar edilmiş xarici valyutanın bir qisminin saxta olmasına dair daxil olan məlumatlar əsasında əlavə araşdırmalara başlanılıb.

Qeyd edək ki, Mehmet Fatih Tançalanın idarə etdiyi ehtimal olunan cinayətkar qruplaşmaya qarşı oktyabrın 6-da Ankara mərkəzli olmaqla 5 müxtəlif vilayətdə eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat tədbirləri nəticəsində 10 şübhəli şəxs saxlanılıb, istintaqın miqyası genişləndirilərək Tançalanın ətrafında olduğu düşünülən şəxslərin pul dövriyyəsi və mümkün əlaqələri də araşdırmaya cəlb edilib.

İstintaq çərçivəsində oktyabrın 9-da məhkəməyə çıxarılan 8 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib, biri haqqında isə məhkəmə nəzarəti tətbiq olunması barədə qərar çıxarılıb.

İş üzrə Çağla Öz Tançalan, Muhammet Sait Tançalan və Emine Çakanerin də aralarında olduğu digər şübhəli şəxslərlə bağlı təhqiqatların davam etdiyi qeyd olunub. Əvvəllər həbs edilmiş Hakkı Doğan da daxil olmaqla, bu istintaq çərçivəsində həbs olunan şübhəlilərin sayı 9 nəfərə çatıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1033   Tarix: 11 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Günəşdən 360 milyon dəfə ağır qara dəlik kəşf edildi

Avropa Kosmik Agentliyinin (ESA) "Evklid" kosmik teleskopu Böyük Partlayışdan təxminən 630 milyon il sonra mövcud olmuş ən uzaq kvazarı kəşf edib. "Qafqazinfo" xəbər verir ki, ESA-nın məlumatına görə, "J1504+6252" adı ilə tanınan və "Dun Aonghasa" kimi də adlandırıla

25 noyabr
.

Aİ Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli 15 təşkilata sanksiya tətbiq edib

Avropa İttifaqı (Aİ) 21-ci sanksiya paketinə əlavə olaraq Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli 15 təşkilata qarşı ixrac məhdudiyyətləri tətbiq edib. APA xəbər verir ki, bu barədə Aİ Şurasının bu gün yaydığı məlumatda bildirilib. Qərara əsasən, həmin təşkilatlar ikili təyinatlı mallar və qabaqcı

25 noyabr
.

Ayasofyanın altındakı sirr... - 9 tunel, 6 yeraltı məkan tapıldı

İstanbulda yerləşən Ayasofya məscidinin altında yüzillərlə gizli qalan tarixi tunel və yeraltı məkanlar üzə çıxarılıb. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bərpa işləri çərçivəsində 6 yeraltı məkan və 9 tunel müəyyən edilib. Mütəxəssislər bəzi tunel və məkanların Roma dövrün

25 noyabr
.

Hörmüz boğazında iki neft tankeri minaya düşərək partlayıb

Hörmüz boğazında iki neft tankeri dəniz minasına düşərək partlayıb. Hadisədən sonra gəmilərin mühərrik bölmələrində yanğın başlayıb. xəbər verir ki, bu barədə Press TV İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb. Bildirilib ki, tankerlər Hörmüz boğazının cənu

25 noyabr
.

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib: "kölgə bank şəbəkəsi" hədəfə alınıb

ABŞ Maliyyə Nazirliyi İranın qlobal "kölgə bank şəbəkəsi"nin fəaliyyətində iştirak edən 20-dən çox şirkətə, valyuta mübadiləsi məntəqəsinə və fiziki şəxsə qarşı yeni iqtisadi sanksiyalar tətbiq edib. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Yeni məhdudiyyətlər "İqtisad

24 noyabr
.

ABŞ-İran müharibəsində gərginlik artır: Tramp yeni hərbi əməliyyatları müzakirə edir

ABŞ və İran arasında davam edən hərbi qarşıdurmada gərginlik səngimir. Tərəflər arasında diplomatik danışıqların nəticəsiz qalması, Vaşinqtonun mümkün yeni hərbi addımları və Tehranın sərt mövqeyi regionda vəziyyəti daha da mürəkkəbləşdirib. Reuters-in məlumatına görə, İran ABŞ-ın tətbiq etdiyi dəni

25 noyabr
.

Sanksiyalar İran valyutasını çökdürür - Yeni anti-rekord

ABŞ-nin İrana qarşı yeni sanksiyaları və ümumilikdə ölkənin dəniz blokadasına alınması İranın milli valyutası olan rialda özünü daha kəskin şəkildə göstərməkdədir. "AzPolitika" xəbər verir ki, İranın müxalif "İran İnternational" kanalı rialın son günlər sürətlə ucuzlaşaraq xaric

24 noyabr
.

Şimali Koreya İsveçrə diplomatını ölkədən qovur - ona 48 saat vaxt verildi

Şimali Koreya İsveçrənin Pxenyandakı diplomatik nümayəndəliyinin rəhbəri Silven Astyeni arzuolunmaz şəxs elan edərək ölkəni 48 saat ərzində tərk etməsini tələb edib. Rəsmi Pxenyan bu qərarı İsveçrənin Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyalarla əlaqələndirib. Reuters-in məlumatına görə, Şimal

25 noyabr
.

Rus diplomatlar Kiprdə casusluqda şübhəli bilinir

Kiprin xüsusi xidmətləri ölkənin və Avropa İttifaqının təhlükəsizliyi ilə bağlı Rusiyanın maraqları naminə məxfi məlumat əldə etməyə çalışan bir şəbəkəni aşkar edib. Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, şəbəkə üzvləri həmçinin Aİ sanksiyaları ilə Rusiyaya verilməsi qadağan edilmiş texnologiyala

23 noyabr