Meteor yağışı olacaq
Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq.
Meteor yağışının maksimum aktivliyi isə 21-22 oktyabr tarixlərində baş verəcək. Oktyabrın 21-dən 22-nə keçən gecə meteor yağışının müşahidəsi üçün əsas gecələrdən biri olacaq.
Orionidlərin əsas cismi astronomiya tarixinin ən məşhur kometalarından biri - 1P/Halley kometasıdır. Halley kometası Günəş ətrafında bir dövrünü orta hesabla təxminən 75-76 ilə tamamlayır. Halley kometası Günəşə yaxınlaşdıqda onun nüvəsindən qaz, toz və bərk hissəciklər ayrılır. Bu material zamanla kometanın orbiti boyunca yayılır. Halley kometasının özü hazırda Yerə yaxın olmasa belə, Yer hər il həmin meteoroid materialının müəyyən hissəsindən keçdiyindən onun keçmişdə buraxdığı hissəciklər atmosferə daxil olaraq meteorlar yaradır. Orionidlər xüsusilə yüksək sürətləri ilə seçilir.
Meteoroidlər Yer atmosferinə təxminən 66 km/san, yəni saatda təxminən 238 min kilometr sürətlə daxil olur. Bu səbəbdən Orionidlər səmada çox sürətli meteorlar kimi görünür və bəzi parlaq meteorların arxasında bir neçə saniyə davam edən işıqlı izlər qala bilər.
2026-cı il üçün Orionidlərin maksimum aktivliyi zamanı saatda 20 meteorun müşahidə olunması gözlənilir. Orionidlər Azərbaycandan müşahidə edilə bilər. Orionidlərin müşahidəsi üçün gecə yarısından sonrakı və xüsusilə sübhə yaxın saatlar daha əlverişlidir. Şəhər işıqlarından uzaq, mümkün qədər qaranlıq müşahidə yerinin seçilməsi xüsusi əhəmiyyət daşıyır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1889 Tarix: 12 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSüni Ay torpağında yeməli kartof yetişdirildi
NASA tərəfindən dəstəklənən araşdırmada alimlər üzvi maddələrlə zənginləşdirilmiş süni Ay torpağında yeməli və qidalı kartof yetişdirməyə nail olublar. "Qafqazinfo" xəbər verir ki, bu nəticə gələcəkdə Ay səthində yaradılacaq bazalarda çalışacaq astronavtların yerli qida ilə təmin olunması istiqamətind
24 noyabrAİ texnologiyaların maliyyələşdirilməsi üçün 50 milyard avroluq fond yaradır
Avropa Komissiyası (AK) 50 milyard avroyadək məbləğdə texnologiyaların maliyyələşdirilməsi üzrə suveren fondun (Sovereign Tech Equity Fund, STEF) yaradılmasını təklif edir. Bu barədə "Report" AK-yə istinadən xəbər verir. AK Avropanın kvant tədqiqatlarını məhsul və xidmətlərə çevirməyə, təchiza
25 noyabrGünəşdən 360 milyon dəfə ağır qara dəlik kəşf edildi
Avropa Kosmik Agentliyinin (ESA) "Evklid" kosmik teleskopu Böyük Partlayışdan təxminən 630 milyon il sonra mövcud olmuş ən uzaq kvazarı kəşf edib. "Qafqazinfo" xəbər verir ki, ESA-nın məlumatına görə, "J1504+6252" adı ilə tanınan və "Dun Aonghasa" kimi də adlandırıla
25 noyabrAkropolun qədim muzeyi 20 ilə yaxın fasilədən sonra yenidən açılıb
Yunanıstanın paytaxtı Afinada XIX əsrdə inşa edilmiş Akropolun qədim muzeyi təxminən 20 illik fasilədən sonra ziyarətçilərin üzünə açılıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Muzeyin açılış mərasimində Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis iştirak edib. 1874-cü ildə tikintisi başa çatan muze
26 noyabrHƏMAS-ın maliyyə və investisiyalarına cavabdeh şəxsi öldürülüb
İsrail Müdafiə Ordusu HƏMAS hərəkatının siyasi bürosunun iqtisadiyyat şöbəsinə rəhbərlik edən Əbu Nadanın öldürüldüyünü bildirib. "Report" xəbər verir ki, bu barədə İsrail ordusu "X" sosial şəbəkəsində məlumat yayıb. İsrail ordusunun məlumatına görə, Əbu Nada həmçinin HƏMAS hökumətind
26 noyabrNyu-Yorkda güclü fırtına ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
ABŞ-ın Nyu-York ştatında Şükranlıq Günü ərəfəsində gözlənilən güclü fırtına səbəbindən fövqəladə vəziyyət elan olunub. xəbər verir ki, ştatın qubernatoru Keti Hokul Nyu-Yorkla yanaşı, Nassau, Suffolk və Vestçester dairələrində də fövqəladə vəziyyət rejiminin tətbiq edildiyini açıqlayıb. O, yaxınlaşa
26 noyabrMelaniya Tramp fotolarını satışa çıxardı
ABŞ-nin Birinci xanımı Melaniya Tramp rəqəmsal fotolarını satışa çıxardığını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, kolleksiyadakı hər bir foto 150 dollara təklif olunur. O, açıqlamasında şəxsi fotoseriyasını alman fotoqraf və keçmiş model Elle fon Unvertin çəkdiyini bildirib. "The Independent"
24 noyabr