3 moduldan ibarət olan "Media Menecmenti" təlimlərinə başlanılıb
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 3 moduldan ibarət olan "Media Menecmenti" təlimlərinə başlanılıb.
Açılış nitqi ilə çıxış edən Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, rəqəmsal media bacarıqlarının təkmilləşdirilməsinə, media subyektlərinin idarə edilməsində müasir üsul və alətlərin tətbiqi imkanlarının öyrənilməsinə istiqamətlənən bu növ layihələr media menecerlərinin potensialının gücləndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.
"Çap mediasının menecmenti" mövzusunda keçirilən birinci modulda Litvanın Baş nazirinin mədəniyyət üzrə ictimai müşaviri, inkişaf və innovasiyaya verdiyi töhfəyə görə iki dəfə regionun ən yaxşı marketinq direktorlarından biri seçilmiş Ornela Ramasauskaite çıxış edib.
O, iştirakçılara "Çap mediası subyektlərinin idarə olunması: ənənəvi və müasir dövrdə üsul və alətlər", "Rəqəmsal media ilə abunəlik modeli", "Media subyektlərində brendinq, reputasiya və redaksiya üslubunun yaradılması", "Çap mediasında müasir dizayn üslubları" və s. kimi mövzularda təlim keçib, qeyd olunan istiqamətlərdə geniş fikir mübadiləsi aparılıb.
Dekabrın 29-na qədər 60-dan çox media menecerinin iştirakı ilə davam edəcək "Media Menecmenti" təlim proqramının əsas məqsədi ənənəvi və rəqəmsal media ilə işləyərək daha keyfiyyətli məzmunun yaradılmasına, jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilməsinə, rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsinə töhfə verilməsidir.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər