"Global Media Group" 3 ISO sertifikatı alıb

"Global Media Group" 3 ISO sertifikatı alıbDüzgün fəaliyyət siyasətinə əsaslandıqları üçün "Global Media Group" MMC-nin tərkibində olan şirkətlər - "Report" İnformasiya Agentliyi, "Oxu.Az" xəbər saytı, "Baku TV" yayım portalı və "Global Management" MMC autsorsinq şirkəti ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüb.

Sonxeber.az xəbər verir ki, bu, şirkətlərin keçdikləri ilk ISO auditinin nəticəsində baş verib.

"Global Media Group" tərkibində fəaliyyət göstərən bu şirkətlər artıq inteqrasiya olunmuş idarəetmə sistemini - proses, təcrübələr və sənədlərlə birlikdə keyfiyyət, ətraf mühit və əməyin mühafizəsi və təhlükəsizliyinə yönəlmiş praktikaları - tətbiq edirlər. İnteqrasiya olunmuş idarəetmə sistemləri özündə ISO-9001, ISO-14001 və ISO-45001 standartlarını birləşdirir.

"Global Media Group" hazırda 160-dan çox ölkədən olan bir milyondan çox təşkilatda rəhbər tutulan beynəlxalq standartların tələblərini öz şirkətlərində tətbiq edir. ISO - məhsulların və proseslərin təhlükəsiz, səmərəli və davamlı olmasını təmin etmək üçün müxtəlif sahələrdə standartların hazırlanmasında dünya lideridir.

Sözügedən sertifikatların tətbiqi rəhbərlik tərəfindən verilən qərar və əmr ilə başlayır, sonra fəaliyyət planı hazırlanır. Həmin plan çərçivəsində əməkdaşlar üçün yaradılan münbit iş şəraiti, təşkilatda effektiv, keyfiyyətli idarəçiliyə nail olmaq üçün tələb olunan bütün nüanslar nəzərə alınır. Həyata keçirilən prosedurların sənədləşdirilməsi, nəzərdən keçirilməsi, rəhbərliyin məsuliyyətləri, insan resursları və təşkilatın iş mühiti də daxil olmaqla resursların idarə edilməsi beynəlxalq standartlara görə təşkil olunur. Daxili audit, düzəldici və qabaqlayıcı tədbirlər kimi vasitələr ilə fəaliyyətin ölçülməsi, təhlili, təkmilləşdirilməsi və s. amillər standartlar daxilində həyata keçirilməyə başlanır.

ISO-9001 standartı "planla - fəaliyyət göstər - yoxla - nəticə çıxar" metodologiyasına əsaslanır. Bu isə təşkilatda effektiv, keyfiyyətli idarəçiliyə nail olmaq üçün tələb olunan strukturun yaradılması deməkdir. Bu standartı tətbiq edən şirkətlərin idarəetmə keyfiyyətini artırmaları son nəticədə göstərdikləri xidmətin, istehsal etdikləri malların, müştəri məmnuniyyətinin artırılmasına gətirib çıxarır.

Qazanılan sertifikatlardan daha biri ISO-14001:2015 özündə effektiv ekoloji idarəetmə sistemini (EMS) cəmləşdirir. EMS ətraf mühitə təsirini azaltmaq istəyən təşkilatlar üçün ən yaxşı sistem kimi qiymətləndirilir ki, "Global Media Group" tərkibində fəaliyyət göstərən şirkətlər buna tam şəkildə əməl edirlər. Xüsusilə, yazılı mətbuatda kağızların yenidən emalı üçün bu sistemin tətbiqi kifayət qədər effektlidir.

Ekoloji idarəetmə sistemi həm daxili, həm də xarici maraqlı tərəflər üçün firmanın ekoloji dayanıqlılığına nəzarət etmək və hesabat vermək üçün nəzərdə tutulub. Bu standart fəaliyyət zamanı tullantıların azaldılmasını nəzərə almaqla biznesin səmərəliliyini artırmaq üçün istifadə olunur. Bu, ISO tərəfindən irəli sürülən 23 000-dən çox standartdan yalnız biridir və şirkətlər qrupu olaraq fəaliyyət siyasətimiz bu normativlərə də yüksək səviyyədə cavab verir.

"Global Media Group" MMC-nin tərkibində olan şirkətlər - "Report" İnformasiya Agentliyi, "Oxu.Az" xəbər saytı, "Baku TV" yayım portalı və "Global Management" MMC autsorsinq şirkəti digər bütün şirkətlərdə əməyin mühafizəsi və təhlükəsizliyi (SƏTƏM) idarəetmə sisteminə dair tələbləri müəyyənləşdirən ISO-45001:2018 sertifikatına da layiq görülüblər. Bununla bağlı təşkilatlara işlə bağlı xəsarətlərin və sağlamlığa vurula biləcək ziyanın qarşısını almaqla, eləcə də proaktiv şəkildə təkmilləşdirməklə təhlükəsiz və sağlam iş yerləri ilə təmin etmək üçün ondan istifadəyə dair təlimat verilib. Bu standart əməyin mühafizəsi və təhlükəsizliyini yaxşılaşdırmaq, təhlükələri aradan qaldırmaq, SƏTƏM risklərini (o cümlədən sistem çatışmazlıqlarını) minimuma endirmək, SƏTƏM imkanlarından yararlanmaq və SƏTƏM idarəetmə sistemini yaratmaq, tətbiq etmək və saxlamaq istəyən hər bir təşkilata şamil edilir.

ISO-45001 standartı - idarəetmə sistemi göstəricilərinin davamlı olaraq təkmilləşdirilməsi, qanuni tələblərin, iş yerlərinin, sahələrin və digər iş şəraitinə aid olan şərtlərin yerinə yetirilməsi, SƏTƏM məqsədlərinə tam nail olmağı nəzərdə tutur. Bu sistem fəaliyyət növündən asılı olmayaraq, istənilən təşkilata şamil edilir. Təşkilatın fəaliyyət göstərdiyi kontekst, işçilərin və digər maraqlı tərəflərin ehtiyac və gözləntiləri kimi amillər nəzərə alınmaqla, təşkilatın nəzarəti altında olan SƏTƏM risklərinin tam aradan qaldırılmasına yönəldilib.

Bu standartlar gərgin rəqabət mühitində şirkətlərin rəqabətqabiliyyətliliyinin göstəricisi kimi davamlı uğurun təmin edilməsinə qulluq edir.

ISO-9001, ISO-14001 və ISO-45001 standartları şirkətlərimizə tarixi 150 il öncədən başlayan, 30 ölkədə nümayəndəlikləri olan və artıq adı bir brend kimi səslənən "TÜV Austria" beynəlxalq sertifikatlaşdırma şirkəti tərəfindən verilib. Azərbaycanda ilk dəfə olaraq "Report" İnformasiya Agentliyi IMS standartlarına layiq görülür.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1120   Tarix: 27 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi il

8 noyabr
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

8 noyabr