Günel Qureyşi: "ISO standartları 160-dan çox ölkədə 1 milyondan çox şirkət tərəfindən tətbiq edilir"
"İlin əvvəlində "Global Media Holding" rəhbərliyinin tapşırığı ilə biz bu sertifikatların alınması üçün müraciət etdik".
Sonxeber.az xəbər verir ki, bu fikirləri "Global Assurance" şirkətinin Keyfiyyət Təminatı və Keyfiyyətə zəmanət departamentinin direktoru Günel Qureyşi "Global Media Group" MMC-yə IMS sertifikatlarının təqdimat mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bu qərardan sonra şirkətdə standartlaşdırma üzrə uzun bir yol başlayıb:
"Azərbaycanda bəzi şirkətlər ISO-9001 sertifikatına layiq görülüb. Lakin media sektorunda bu sertifikatı alan şirkət yoxdur. Bu bir ilkdir və hər kəsə də maraqlıdır. Bu standartlar 160-dan çox ölkədə 1 milyondan çox şirkət tərəfindən tətbiq edilir. Bütün şərtlər eynidir. Əslində ölkəmizdə nə qədər çox şirkət bu sertifikatları alsa, bu, ölkə üzrə beynəlxalq standartlara uyğun çalışıldığına dəlalət edir. Bu yolda bizə dəstək olan rəhbərliyimizə, xüsusilə Elnur Abdullayevə dərin təşəkkürümüzü bildiririk".
Tədbirdə iştirak edən "TÜV Austria" şirkətinin direktoru Ülkər Quliyeva çıxışı zamanı ISO sistemləri üzrə ilk dəfədir media şirkətində audit keçirdiklərini vurğulayıb:
"Bu komandanın bu işə belə maraqla can atması bizi qürurlandırdı. Onu da qeyd edim ki, bizim bu gün 150 illiyimiz qeyd edilir. Azərbaycanda isə 5 ildir fəaliyyət göstəririk. Şirkətlərin bu sahəyə maraqları bizi sevindirir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər