Azərbaycanda bir vəzifənin qara bəxti: İki ildə üçüncü təyinat da uğursuz oldu - FOTO
Dünən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eşqin Əliyev saxlanılıb.
"Qafqazinfo" xəbər verir ki, Eşqin Əliyev son iki ildə Masallı xəstəxanasının baş həkimi vəzifəsindən kənarlaşdırılan sayca 3-cü şəxsdir. Belə ki, 2021-ci ilin yanvar ayında xəstəxananın əvvəlki baş həkimi Cəlil Nəzərov 675 min manat mənimsəməkdə ittiham olunaraq həbs edilib. O, bu ilin 15 noyabr tarixində səhhəti ilə əlaqədar azadlığa buraxılıb.
Cəlil Nəzərovdan sonra baş həkim təyin edilən Rasim Əzizov da qalmaqallı şəkildə işdən çıxarılıb. Belə ki, keçən ilin payızında Rasim Əzizovun marketlərdən birində oğurluq etməsini iddia edən görüntülər sosial şəbəkələrdə və mediada sürətlə yayılıb. Bundan sonra xəstəxananın baş həkimi 2021-ci ilin noyabrında işdən çıxarılıb.
Bu vəzifəyə isə gənc kadr Eşqin Əliyev təyin edilib. Təyinatdan 1 il sonra, yəni bu ilin dekabrında isə E.Əliyev korrupsiya əməllərində şübhəli bilinərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.
Cəlil Nəzərov saxlanılarkən
Rasim Əzizovun marketdən oğurluq etməsi iddiası ilə yayılan videodan
Ötən gün saxlanılan baş həkim Eşqin Əliyev

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər