"Səyyar qəbul otağı"nın növbəti ünvanı Daşkəsən rayonu oldu
"Daşkəsən rayonu dağlıq ərazidə yerləşdiyindən qış ayları olduqca sərt keçir. Bəzi kəndlərdə, o cümlədən yaşadığım Qabaqtəpə kəndində təbii qazın olmaması bizə xeyli çətinlik yaradır. Xahiş edirəm mavi yanacaqla təmin olunmayan kəndlərin qazlaşdırılmasında bizə köməklik edəsiniz".
"Azəriqaz" İstehsalat Birliyindən Sonxeber.az-a verilən xəbrə görə, bu sözləri Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini Gülnaz Cəfərova sözü gedən rayonda təşkil olunan "Açıq mikrofon" aksiyası zamanı bildirib.
Aksiyaya üz tutan vətəndaşlar qaz təchizatı ilə bağlı üzləşdikləri çətinliklərdən söz açıblar. Tapan kənd sakini İkram Tağıyev, Pirverdilər kənd sakini Rəsul Həsənov və Dardərə kənd sakini Əbülfət Şıxıyev də yaşadıqları kəndlərin qazlaşdırılması ilə bağlı müraciətlərini ünvanlayıblar. SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbərliyi aparılan qazlaşdırılma işləri ilə bağlı sakinlərə məlumat verərək ünvanlanan müraciətlərin aidiyyatı üzrə yönləndiriləcəyini qeyd ediblər. Görüş zamanı vətəndaşlar tərəfindən səsləndirilən bütün müraciətlər dinlənilərək qeydiyyat aparılıb.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər