13 yaşlı qızın ərə verilməsinə polisdən REAKSİYA - YENİLƏNİB
Tovuz rayonunda azyaşlı qızın ərə verilməsiylə bağlı araşdırma başladılıb.
Bu barədə Oxu.Az-a Tovuz rayon Polis Şöbəsindən məlumat verilib.
Bildirilib ki, hər iki tərəfin valideynləri rayon polis şöbəsinə dəvət olunub:
"Onlara bildirilib ki, qanunla müəyyən edilmiş yaş həddinə çatmayan şəxslərin evləndirilməsi cinayət məsuliyyəti yaradır və həmin şəxslər məsuliyyətə cəlb oluna bilərlər. Onlarla profilaktik söhbət davam etdirilib, hər iki tərəf nişan mərasimi keçirdiklərini və qızın yaşı qanunla müəyyən olunmuş həddə çatandan sonra toy edəcəklərini bildiriblər. Faktla bağlı zəruri araşdırmalar davam etdirilir".
18:12
Tovuz rayonunun Alakol kəndində 13 yaşlı qız üçün təmtəraqlı nişan məclisinin təşkil edildiyi iddia olunur.
Oxu.Az xəbər verir ki, bu barədə "Facebook"da məlumat yayılıb. Bildirilib ki, bayramadək qıza toy etmək planlaşdırılır. Qızın 14 yaşının apreldə tamam olacağı da qeyd olunub.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Tovuz regional qrupu, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıqda məsələnin araşdırıldığı diqqətə çatdırılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər