Hərbçilərlə bağlı yeni QƏRAR VERİLDİ
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Sonxeber.az-a bildirilib ki, iclasda "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci, 1152-ci, 1243-cü, 1255-cü və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri M.Məmmədovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü D.Novruzovun mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının və Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru M.Yolçiyevin rəylərini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.5-ci və 4-1.3-cü maddələrində "vərəsə" müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur.
"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin "vərəsəlik hüququnu təsdiq edən sənəd" müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər