Azərbaycanda bacısının toyunu dağıtmaq istədi, atasını güllələdi

Azərbaycanda bacısının toyunu dağıtmaq istədi, atasını güllələdiBərdə rayonunda 2000-ci il təvəllüdlü Kənan Fərzəliyev atası Buludu qətlə yetirib.

Teleqraf.com-un məlumatına görə, Kənan 29 may 2022-ci ildə saat 13 radələrində bacısının Bərdənin Mirzəcəfərli kəndində yerləşən "Muğan Məkan" restoranında təşkil olunan qız toyu mərasimində iştirak edib. O, pivə və spirtli içkilər içib.

Kənan toy mərasiminin gedişinə mane olacağından ehtiyatlanan dayısının ona yaxınlaşaraq daha içki qəbul etməməsi və dava salmamasını deməsindən qəzəblənib.

Kənan məclisdə səs-küy salıb, tamadanın əyləşdiyi stola təpik vurub, atası və dayısının tənbehinə məhəl qoymayıb. Bibisi oğlanları onu toydan Mirzəcəfərli kəndində yerləşən evlərinə gətirib.

Evdəki tüfəngi götürən Kənan evin çöl hissəsində darvazanın yanında dayanmış bibisi oğlanlarını qorxutmaq məqsədi ilə dəmir darvazaya doğru atəş açıb. Daha sonra tüfəngi evin arxa hissəsində həyətyanı sahədə gizlədib, toydan zorla evə göndərilməsini özünə təhqir sayıb.

Buna görə qisas məqsədilə atasını öldürmək qərarına gəlib. O, atası Buludun toydan evə gəlməsini gözləyib. Saat 23 radələrində evin qapısı ağzında, pilləkəndə oturan atasını öldürmək üçün münasib şərait yarandığını görüb. O, pilləkəndə oturmuş anası Xuraman və atası Buluda tərəf atəş açıb. Nəticədə ata aldığı xəsarətdən ölüb.

İstintaq orqanı tərəfindən Kənanın barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ititham elan edilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Roman Ələkbərlinin sədrliyi ilə araşdırılıb.

Məhkəmədə Kənan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Mirzəcəfərli kəndində atasına məxsus evdə yaşayıb: "Hadisə baş verən günü səhər saat 6 radələrində bacımın toy mərəsiminin keçiriləcəyi yerə getdim. Orada yemək bişirənlərə nəzarət etdim. Toy günorta saat 13 radələrində başlandı.

Toyda spirtli içki və 2 stəkan pivə içdim. Dayım mənə yaxınlaşaraq içki içməməyimi dedi. Bundan əsəbiləşib tamadanın, aşıqların və müğənnilərin stoluna tərəf getdim, təpiklə aşıqların stoluna vurdum, toyu dayandırmalarını istədim. Məni restoranın dəhlizinə çıxardılar.

Dəhlizdə atam və dayım boynuma sarılaraq içki içməməyimi, toya mane olmamağımı xahiş etdilər. Bu sözlərdən qəzəbləndiyim üçün məni bibim oğlanları Sənan və Fərahimlə birlikdə Mirzəcəfərli kəndində yerləşən evimizə göndərdilər".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Sənan və Fərahim onu avtomobilə mindirib, günorta saat 15 radələrində evə gətiriblər:

"Əynimdəki köynək cırıldığı üçün Sənanla Fərahimə gözləmələrini, əynimi dəyişərək gələcəyimi dedim. Sonra evin giriş qapısı bağlı olduğu üçün tüfəng saxlanılan otağa evin çöl hissəsindən pəncərədən daxil oldum. Tüfəngi və şkafdan patronları götürdüm, Sənanla Fərahimə tuşladım. Onları qorxutmaq üçün tüfəngdən bir atəş açdım. Güllə qapıya dəydi. Tüfəngin içində bir dolu giliz qaldı".

Kənan qeyd edib ki, bundan sonra Sənanla Fərahim bacısının toyuna gediblər: "Mən isə evdə qaldım, toya qayıtmadım. Atamla anam axşam saat 18 radələrində toydan qayıtdılar. Bu vaxt mən də yuxudan oyanmışdım. Dayımsa bizə gəlməmişdi. Toydakı hərəkətlərə görə ən çox onu yaralamaq istəmişdim.

Atamla anam evə gəlib-gedən qonaqları qarşılayaraq yola saldılar. Onların yanında özümü heç nə olmamış kimi aparırdım.

Dayımın bizə gəlmədiyini gördüm. Gedib yerimə uzandım. Sonra kəndimizdə yerləşən çayxanaya getdim. Bir az da orada oturdum".

Kənanın ifadəsinə görə, təxminən saat 22 radələrində qonşuluqda vay-faydan internetə daxil olub və bir az sosial şəbəkələrə baxıb: "Sonra evə qayıtdım. Yemək yedim, bibim oğlu Sənanı evlərinə yola saldım. Darvazanı bağlayaraq evə girdim. Bibilərim Mahizər və Aynur bacım Aynurə ilə birlikdə yataq otağına yatmağa getdilər.

Telefonunu akkumulyatora qoşmaq üçün onların yatdığı yataq otağına daxil oldum. Telefonunu toka qoşdum və bibilərimdən niyə tez yatdıqlarını soruşdum. Yorğun olduqlarını dedilər".

Təqsirləndirilən şəxs bildirib ki, bundan bir neçə dəqiqə sonra telefonunu götürüb və evdən çölə çıxıb: "Günorta qoyduğum yerdən tüfəngi götürmək üçün getdim. Mən evdən çıxanda atamla anam qapının ağzındakı pilləkəndə oturmuşdular. Giriş qapısı isə bağlı idi. Evin arxa həyətyanı sahəsində gizlətdiyim tüfəngi götürdüm və pilləkəndə oturan atamla anama yaxınlaşdım.

Tüfəngi tuşlayaraq atamdan günorta niyə toyda boğazımdan tutduğunu, nəyə görə mənə qarşı belə elədiyini soruşdum. Atam mənə cavab vermədi. Anam dedi ki, tüfəngi yığışdır, birdən içində patron olar. Buna baxmayaraq, yenə tüfəngi tuşladım.

Atam anama "çəkil qırağa, gəlmə, səni vurar" dedi. Mən də ikisindən biri, hansı mənə tərəf yaxın gəlsə, atacağımı fikirləşdim. Atam üstümə gəldiyi üçün tüfənglə onun sinəsindən bir dəfə atəş açdım".

Kənan bildirib ki, atəş açanda anası atasının sağ tərəfində olub: "Anamla bibim Mahizərin gözləri qabağında tüfənglə atama atəş açdım. Atəşdən sonra onun sinəsindən qan gəldiyini gördüm. Kənd camaatı bizə yığışdı. Bir neçə dəqiqə sonra polis əməkdaşları məni tutaraq polis şöbəsinə apardılar. Törətdiyim cinayət əməlindən peşmanam".

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Xuramanın sözlərinə görə, Buludla onun iki övladı var: "Ərim kənd təsərrüfatı ilə məşğul olurdu, evə yeganə pul gətirəniydi, oğluma hər zaman dayaq durur və onu çox istəyirdi. Oğlumsa uşaqlıqdan dəcəl, özünü idarə edə bilməyən, hər kəslə dava salan, heç kimlə yola getməyən uşaq olub".

Xuraman qeyd edib ki, 2019-cu ildə Naxçıvan şəhərində hərbi xidmətdən qayıdandan sonra Kənan spirtli içkilər içməyə başlayıb: "Ən çox pivə, "Go" adlı içki və araq içirdi. Spirtli içki içəndən sonra elə vaxtlar olurdu ki, mənə və atasına pul üstündə hücum edirdi. Biz də özümüzü ondan qorumaq üçün çölə çıxır, oğlumun yanında oturmurduq.

Həyətdə saxladığımız malları Kənan hər gün sahəyə aparırdı. Bunun müqabilində atası ona tez-tez siqaret üçün pul verirdi. Oğlum içkili evə gələndə ona yaxın durmurduq, ondan aralı gəzirdik".

Hüquqi varis deyib ki, mayın 29-da qızı Aynurəyə "Muğan Məkan" restoranında toy ediblər: "Aşpazlara nəzarət üçün atası Kənanı səhər saat 8-9 radələrində restorana göndərdi. Günorta saat 13 radələrində bütün ailə üzvlərimiz toya getdik. Saat təxminən 4-5 radələrində muğam ifası oxunan zaman Kənan təpiklə müğənni oturan stola vuraraq, "toyu dağıdın" deyə qışqırdı.

Bunu görən ərim Bulud onu çölə çıxartdı. Qardaşlarım, baldızım uşaqları onu sakitləşdirməyə çalışdılar. Onu məclisdən uzaqlaşdırdılar və Sənan və Fərahimlə evimizə yola saldılar".

Xuraman qeyd edib ki, bundan sonra toyda Bulud ona yaxınlaşıb, Kənanın Sənana tüfənglə atəş açdığını, buna görə Daxili İşlər Nazirliyinin "102" xidmətinə bu barədə məlumat verdiyini deyib: "Axşam saat 7 radələrində ərim, baldızmı Gülarə, Mahizər və yeznəm evə gəldik. Evdə qonaqlar vardı. Restorandan gətirdiyimiz yeməklərin yerbəyer edilməsində Kənan bizə kömək etdi.

Sonra toya dəvət olunmayan qonşu-qohumlar qızımı təbrik üçün bizə gəldilər. Qonaqlar üçün həyərdə stol açıldı və yeməklərin stola düzülməsində yenə Kənan mənə kömək etdi.

Axşam saat 9 radələrində qonaqlar dağılışanda Kənan kənddə yerləşən mağazalardan birinə getdi".

Hüquqi varis qeyd edib ki, axşam saat 22-23 radələrində Kənan evə qayıdıb: "Mən evdə su içirdim, ərim Bulud isə pillənkəndə oturmuşdu. Kənan evdə paltarlarını dəyişdi, bizdə qonaq olan qonşu Sərxanla birlikdə yemək yedi. Sonra Sərxanı evlərinə yola saldı və yerinə uzandı. Buludla birlikdə pilləkəndə oturaraq qızımın toyu barəsində söhbət edirdik.

Hamama keçib, əl-üzümü yudum, geri qayıdanda ərimdən Kənanın harada olduğunu soruşdum. Bulud da oğlumun telefonunda mahnı oxuda-oxuda evin arxasındakı məhləyə keçdiyini söylədi. Bir neçə dəqiqə sonra qapının açıldığını və Kənanın sağ əlində tüfənglə keçdiyini gördüm. "O nədi, Kənan?" deyə soruşdum. Oğlum heç nə demədi. Ərim dedi ki, lənət şeytana, onunla zarafat eləmə, yerə at.

Ərimlə ayaq üstə dayanmışdıq. Ərimin qabağına keçdim və "Kənan, at tüfəngi aşağı" dedim. Bulud məni itələdi və özünü qabağa verdi. Kənanın əlindəki tüfəngi almaq istədi. Bu zaman Kənan tüfəngdən atəş açdı. Həmin vaxt qızım və baldızlarım da orada idilər.

Ərim bir-iki addım irəliyə gedərək sağ tərəfindən əli ilə tutdu, "Mahizər, məni vurdu" dedi və sonra gözlərini yumdu, huşunu itirdi. Səsimə bütün kənd camaatı evimizə toplaşdı. Qonşularımız Elçin avtomobili ilə gələrək Buludu xəstəxanaya apardılar. Tibbi yardım göstərilməsinə baxmayaraq, yoldaşım xəstəxanada öldü".

Hüquqi varis ifadəsinin sonunda oğlu ilə barışdığını, ona qarşı heç bir şikayəti olmadığını deyib.

Kənan 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2647   Tarix: 28 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi il

8 noyabr
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

8 noyabr