Vasif Talıbovun biznesi çökür: Şirkətləri ard-arda məhkəməyə verilir
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov istefa verdikdən sonra nəzarətində olan şirkətlərin də çöküşü başlayıb.
"Qaynarinfo" xəbər verir ki, Vasif Talıbovun istefasından sonra onun nəzarətindəki "Cahan Holdinq" və holdinqə daxil olan şirkətlər ard-arda məhkəməyə verilir.
Məhkəmə çəkişmələrindən məlum olur ki, holdinq Vasif Talıbovun nüfuzundan yararlanaraq bir sıra şirkətlərlə bağladığı müqavilələrə əməl etməyib. İndi Vasif Talıbov əvvəlki gücdə və nüfuzda olmadığı üçün həmin şirkətlər hərəkətə keçiblər.
Vasif Talıbova məxsus olduğu bildirilən başqa bir şirkətdə də vəziyyət ürəkaçan deyil. Söhbət "Gəmiqaya Holdinq"dən gedir. Holdinq 2008-ci ildə təsis edilib və tərkibində 14 şirkət fəaliyyət göstərir. "Gəmiqaya Holdinq" Vasif Talıbovun biznes imperiyasına daxil olan ən iri strukturlardan biridir.
Hazırda şirkətin işləri yaxşı getmir. Bu səbəbdən holdinqin vergi borcu yaranıb. "Gəmiqaya Holdinq"in dövlətə 14 272.50 AZN vergi borcu var.
Ehtimal olunur ki, şirkət yaxın günlərdə borca görə məhkəməyə veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər