Şəkərli içkilər xərçəng xəstəliyi yaradır - Həkimdən HƏYƏCAN TƏBİLİ
"Şirniyyat asılılıq yaradır. İnsanı ən çox kökəldən şəkərdir".
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində növbəti canlı yayımın qonağı olan nazirliyin mütəxəssis-eksperti, həkim-qastroenteroloq Emin Məmmədovdur.
Onun sözlərinə görə, şirniyyat alarkən üzərindəki etiketə diqqət etmək lazımdır:
"Məhsulun üzərində 22 qram şəkər yazılıbsa, bu, yüksək hesab olunur. Şəkər asılılıq yaradır. İnsulinin səviyyəsinin qalxıb-düşməsinə səbəb olur".
E.Məmmədov qeyd edib ki, şəkərli sular xərçəngə, ürək-qan-damar sistemi xəstəliyinə səbəb ola bilər:
"Qazlı və şirin sular təhlükəlidir. Xəstəlikdən əziyyət çəkənlər diqqət etsinlər. Şirin və meyvə suları çox zərərlidir. Bunun tərkibində bizə faydalı olan heç nə yoxdur. Qazlı suların tərkibi məişət sodasına çox yaxındır. Bəziləri qıcqırma üçün istifadə edirlər. Yanlışdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər