Metroda qatar tuneldə qaldı - Açıqlama
Bakı Metropoliteninin "Xətai"-"Cəfər Cabbarlı" stansiyaları istiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaşanıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Qatarın texniki problem səbəbindən geriyə hərəkət etdiyi, sərnişinlərin "Xətai" stansiyasında düşürüldüyü bildirilir.
Məsələ ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədli bildirib ki, artıq problem aradan qaldırılıb: ""Xətai"-"Cəfər Cabbarlı" mənzilində maşinistin idarəetmə pultunda qapılara müdaxilə olunması ilə bağlı siqnal işə düşüb. Bakı Metropoliteninin təlimat qaydalarına uyğun olaraq, maşinist dərhal qatarı saxlayıb, texniki baxış təyin olunub. Hər hansı problem olmadığı müəyyən olunsa da, qatara daha bir texniki baxış keçirilməsi Metropolitenin qaydalarına uyğun olaraq icra olunmalıdır. Bu səbəbdən maşinist qatarı 3 dəqiqə ərzində tuneldə saxlamaq məcburiyyətində qalıb. Daha sonra qatar əlavə texniki baxış üçün təyin olunan zonaya çıxarılıb. Hərəkətin təşkili ilə bağlı hər hansı pronlem yaşanmayıb".
B. Məmmədov bildirib ki, sərnişinlərin təhlükəsizliyi tam təmin olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər