Yevlaxda möhtəşəm bayram konserti
Yevlax şəhərindəki Heydər Əliyev Xiyabanında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə möhtəşəm bayram konserti keçirilib.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının kollektivinin, rayonun idarə, təşkilat, elm və təhsil müəssisələrinin, gənclərin, veteranların və ictimaiyyət nümayəndələrinin, minlərlə sakinin iştirakı ilə keçən konsertdə əsl bayram ab-havası yaşanıb.
Bayram tədbirində qeyd edilib ki, Dünya Azərbaycanlılarının Milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı məhz Ulu Öndər Heydər Əliyevdir. Ulu Öndərin siyasi uzaqgörənliyinin nəticəsidir ki, həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız bu bayramı iftixar və qürurla qarşılayırlar.
Ölkəmizdən kənarda yaşayan soydaşlarımız Vətən müharibəsi zamanı Dünya Azərbaycanlılarının qürur ünvanı olan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında sıx birləşdilər, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakarlıq göstərdilər, bu da Şanlı Zəfərimizə layiqli töhfə oldu, 44 günlük Vətən savaşı həm də xalqımızın milli həmrəyliyinin ən mükəmməl nümunəsini yaratdı.
2 saata yaxın davam edən bayram konsertində minlərlə yevlaxlı aparıcı Vüsalə Kərimovanın təqdimatında respublikamızın tanınmış müğənniləri Nüşabə Ələsgərli, Nihad Məlik, Kərim, Nərmin Kərimbəyova, Əhməd Mustafayev, Mehriban, Rübail Əzimovun çıxışlarını dinləyib və rəqs qrupunun ifasına tamaşa ediblər. İncəsənət xadimlərinin çıxışları sakinlər tərəfindən böyük alqış sədaları ilə qarşılanıb.
Tədbir möhtəşəm atəşfəşanlıqla başa çatıb.






Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər