Dekabrın ən soyuq günü açıqlandı
"Ölkə ərazisində qış fəslinə uyğun sinoptik proseslərlə əlaqədar dekabr ayında əsasən tutqun, buludlu, soyuq hava şəraiti üstünlük təşkil edib. Ayrı-ayrı günlərdə hava qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağıntılı olub, dağlıq və dağətəyi ərazilərdə qar yağıb".
Bu barədə Sonxeber.az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında temperatur iqlim norması ilə müqayisədə iki gün norma daxilində, doqquz gün normadan aşağı (4.7 dərəcəyədək), on yeddi gün isə normadan yüksək (4.4 dərəcəyədək) olub. Ay ərzində Bakıda və Abşeron yarımadasında ən soyuq gün dekabrın 5-də qeydə alınıb, havanın minimal temperaturu 2 dərəcəyədək isti olub.
A.Verdiyev onu da bildirib ki, son illərin müşahidə məlumatlarına əsasən Bakıda və Abşeron yarımadasında dekabr ayında havanın maksimal temperaturu 2021-ci ildə 26 dərəcə isti, minimal temperatur isə 2016-cı ildə 4.2 dərəcə şaxta, qar örtüyünün maksimal hündürlüyü 7-10 sm təşkil edib. Son illər ərzində Bakıda və Abşeron yarımadasında qar 2015-ci ildə dekabrın 31-də, 2016-ci ildə isə yanvarın 1-2-də yağıb.
Xidmət rəsmisinin sözlərinə görə, ayrı-ayrı günlərdə dağlıq ərazilərdə qar yağıb, qar örtüyünün maksimal hündürlüyü dekabrın 4-də İsmayıllıda 18 sm olub, havanın minimal temperaturu dekabrın 5-də Şahdağda 17 dərəcəyədək şaxta qeydə alınıb. Son illərdə qar örtüyünün maksimal hündürlüyü 2016-cı ilin dekabr ayında Böyük Qafqazın yüksək dağlıq ərazilərində 60 sm-ə çatıb.
Dekabr ayında Bakıda və Abşeron yarımadasında mülayim cənub küləkləri üstünlük təşkil edib. Lakin ayrı-ayrı vaxtlarda arabir güclənən şimal-qərb küləkləri müşahidə edilib. Şimal-qərb küləyinin maksimal sürəti dekabrın 20-də 32 m/s-dək güclənib, dalğanın hündürlüyü 4.7 m təşkil edib. Ümumilikdə sürəti 15 m/s-dən çox olan küləkli günlərin sayı isə 5 gün olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər