Ukrayna Rusiyanı ABŞ raketi ilə VURDU: 89 ölü
Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin Makeyevka rayonunda yerləşən Rusiya hərbçilərinin müvəqqəti yerləşdirildiyi məntəqəyə zərbə endirməsi nəticəsində həyatını itirən Rusiya hərbçilərinin sayı 89-a çatıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, dekabrın 31-dən yanvarın 1-ə keçən gecə Ukrayna ordusu "HIMARS" reaktiv yaylım atəş sistemindən Makeyevkada yerləşən Rusiya Silahlı Qüvvələrinin müvəqqəti dislokasiya məntəqəsinə zərbə endirib.
Rusiya Müdafiə Nazirliyi yanvarın 2-də yaydığı məlumatda 63 hərbçisinin həlak olduğunu açıqlamışdı.
Nazirlik onu da bildirib ki, ölənlər arasında alay komandirinin müavini, polkovnik-leytenant Baçurin də var.
Rusiya Müdafiə Nazirliyi hadisənin əsas səbəbi kimi şəxsi heyətin qadağaya zidd olaraq mobil telefonlardan kütləvi şəkildə istifadə etməsini göstərib.
Qeyd olunub ki, faciənin günakarları məsuliyyətə cəlb ediləcək və gələcəkdə belə hadisələrin baş verməməsi üçün lazımi tədbirlərin görüləcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3240 Tarix: 04 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arıların insan üzünü tanımaq və fərqləndirmək qabiliyyəti aşkarlandı
Alimlər ayrı-ayrı arılara konkret insan üzünün fotoşəklini seçməyi və digər oxşar təsvirlərdən qaçınmağı öyrədiblər. xəbər verir ki, bu barədə məlumat yayıb. Məlumata görə, düzgün seçimə görə həşəratlar bir damcı şəkər siropu, səhvə görə isə acı xinin suyu alırdılar. Mükafatsız keçirilən həlledici testd
14 iyun37 ildir ziyarət edirdi: atasının məzarından başqasının qalıqları çıxdı
ABŞ sakini Mark Uells dəhşətli həqiqətlə üzləşib. O, təsadüf nəticəsində öyrənib ki, 37 il ərzində atasının deyil, tamamilə yad bir kişinin məzarını ziyarət edib. xarici mediaya istinadla bildirir ki, amerikalının sözlərinə görə, atası Deyl Ueyn Uells 1985-ci ilin fevralında işdən evə qayıdarkən itki
14 iyun"Reuters": BƏƏ İranın dondurulmuş səhmlərinin bir hissəsini aktivləşdirib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın əvvəllər dondurulmuş səhmlərinin bir hissəsini aktivləşdirməyə razılaşıb. "Report" xəbər verir ki, "Reuters" bu barədə mənbələrə istinadən məlumat yayıb. İki mənbənin məlumatına görə, BƏƏ ümumilikdə 10 milyard dollar dəyərində səhmləri aktivləşdirməy
14 iyunƏyləncə üçün DNT testi verən qadının həyatı məhv oldu - 50 illik sirr
Avropalı ailədə illərlə gizli saxlanılan bir sirr təsadüf nəticəsində üzə çıxıb və ana ilə qız arasındakı münasibətləri tamamilə dağıdıb. xarici mediaya istinadla xəbər verir ki, ABŞ-də yaşayan bir qadın əyləncə məqsədilə ailə mənşəyini öyrənmək üçün DNT testindən istifadə edib. Lakin əldə olunan nəticələ
14 iyunGilas hansı xəstəliklərdən qoruyur?
Gilas insan orqanizmindəki müxtəlif sistemlərin işini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. xəbər verir ki, bunu -ya rusiyalı nutrisioloq-endokrinoloq Dariya Xaykina deyib. Mütəxəssis bu dadlı giləmeyvənin diqqətdən kənarda qalan xüsusiyyətləri barədə bunları bildirib:. Antosianin zənginliyi: Gilasın ə
13 iyunRusiyanın Ukraynaya hücumları zamanı ölən və yaralananlar var
Ötən sutka ərzində Rusiya hərbçilərinin Ukraynanın Sumı və Zaporojye vilayətlərinə endirdiyi zərbələr nəticəsində üç nəfər ölüb, yeddi nəfər xəsarət alıb. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. "Ötən sutka ərzində Sumı vilayətini
14 iyun