"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
İranın dövlət televiziya və radio qurumu olan IRIB-in Azərbaycan dilində yayımlanan "Sahar Azəri" kanalında guya Türkiyədə ölkəmizlə bağlı aksiya keçirilməsi barədə yanlış məlumat yayılıb.
"Qafqazinfo" xəbər verir ki, kanalın "YouTube" hesabında Türkiyənin Diyarbəkir şəhərində keçirilən dini tədbir "Türkiyədə azərbaycanlı hicablılara dəstək üçün aksiya keçirilir" kimi qələmə verilib.
Əslində isə həmin görüntülər oktyabrın 11-də Diyarbəkirin Sur bölgəsində keçirilən "Niyet Ettim Tesettüre, Emrin Başım Üstüne" adlı dini proqrama aiddir.
Dünya Qız Uşaqları Gününə təsadüf edən bu tədbir isə ilk dəfə hicab bağlayan gənc qızlar üçün təşkil olunan xüsusi bir mərasimdir. Mərasim çərçivəsində yüzlərlə gənc qız əllərində bayraqla yürüş keçirib, dini şüarlar səsləndirib.
Tədbirin keçirilməsində məqsəd hicaba yeni başlayanlara dəstək vermək və dini dəyərləri vurğulamaqdır.
Qeyd edək ki, bu cür tədbirlər son illərdə Diyarbəkirdə və Türkiyənin bəzi digər şəhərlərində müntəzəm keçirilir və dini cəmiyyətlər tərəfindən təşkil olunur.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Gələcəkdə pensiyalar AZALACAQ
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Belə pomidorları almayın
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı