Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı vurğuladığı kimi, ideoloji təhlükəsizlik dövlətin milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı, sosial şəbəkələrin təsir imkanlarının genişlənməsi cəmiyyətin, xüsusilə gənclərin zərərli ideoloji təsirlərdən qorunmasını zəruri edir. Bu baxımdan təhsilin, vətənpərvərliyin, milli-mənəvi dəyərlərin qorunmasının və ictimai həmrəyliyin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır". Bu sözləri Sonxeber.az-a açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva bildirib.
Onun sözlərinə görə, dünyəvi təhsil sisteminin qorunması, məktəblərdə vahid geyim tələblərinin tətbiqi və daxili intizam qaydalarına riayət olunması təhsil mühitində bərabərliyin, məsuliyyətin və qarşılıqlı hörmətin formalaşdırılmasına xidmət edir: "2026-cı il sentyabrın 21-də şagirdlərin geyim formalarına dair tələblərə əlavələr edilmiş, oktyabrın 6-da isə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı vahid tələblər təsdiqlənmişdir. Bu yanaşma təhsil müəssisələrində təşkilati intizamın və peşəkar mühitin gücləndirilməsini nəzərdə tutur.
Azərbaycan dövləti dünyəvilik prinsipləri ilə yanaşı, dini etiqad azadlığının və dini-mədəni irsin qorunmasına da xüsusi diqqət yetirir. 2020-2026-cı illərdə ölkədə məscidlərin və ziyarətgahların bərpası, yeni ibadət ocaqlarının tikintisi, din xadimlərinə maliyyə dəstəyinin göstərilməsi və dini təhsilin inkişafı istiqamətində tədbirlər həyata keçirilmişdir. Hazırda ölkədə 2389 məscid fəaliyyət göstərir. Dini qurumlara dövlət dəstəyinin genişləndirilməsi, Azərbaycan İlahiyyat İnstitutunda kadr hazırlığı və "Hər məsciddə kitabxana" layihəsi bu siyasətin mühüm istiqamətlərindəndir.
Bununla yanaşı, Azərbaycan beynəlxalq səviyyədə İslam həmrəyliyinin, multikulturalizmin və dinlərarası dialoqun təşviqində fəal iştirak edir. 2024-cü ildə Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammiti və 2026-cı ildə Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin ilk görüşü bu istiqamətdə əməkdaşlığın əhəmiyyətli nümunələridir.
Nəticə etibarilə, ideoloji təhlükəsizliyin təmin edilməsi, milli-mənəvi irsin qorunması, dünyəvi təhsilin inkişafı və dini tolerantlığın möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu sahələrdə ardıcıl tədbirlərin həyata keçirilməsi cəmiyyətdə həmrəyliyin gücləndirilməsinə, gənc nəslin maariflənməsinə və ölkənin dayanıqlı inkişafına xidmət edir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Belə pomidorları almayın
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı