"2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi xüsusi bir perioda işarədir" - DEPUTAT

"2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi xüsusi bir perioda işarədir" - DEPUTAT"2022-ci ilin yekunlarını təhlil edərkən həm hərbi-siyasi, həm sosial iqtisadi, həm də beynəlxalq münasibətlər məcrasında uğurlu bir ili başa vurduğumuz aydın görünür. Təbii ki, uğurlar və qələbələrin təməlində doğru idarəçilik, qətiyyət, möhkəm iradə, siyasi və iqtisadi müstəqilk, o cümlədən daxili sabitlik, artan beynəlxalq nüfuz, milli həmrəylik, ən əsası isə Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də qeyd etdiyi kimi, Heydər Əliyevin yoluna sədaqətimiz dayanıb".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, bu il də qalibiyyətlər seriyası davam edəcək və 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi özlüyündə əlahiddə bir perioda işarədir.

"Daha dəqiq desək, "Heydər Əliyev İli" yalnız Ulu Öndərin 100 illik yubileyi ilə əlamətdar olmaqla kifayətlənməyəcək, bu il həm də Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanın tarixində müstəsna, taleyüklü bir il olacaq. Bu mənada, əslində bayram müraciətində cənab İlham Əliyev həm də 2023-cü il üzrə yol xəritəsini elan etmiş oldu. Birinci növbədə, bu il sülh müqaviləsi imzalana bilər. Sülhə aparan yolda isə seçim təbii ki, Ermənistanındır, ya könüllü olaraq şərtlərimiz qəbul olunacaq, ya da sülhə məcbur ediləcək. Düzdür, Azərbaycana 2023-də hərbi qarşıdurma arzu etmirik, lakin eyni zamanda BMT Nizamnaməsi bizə təhlükəsizliyimizi təmin etmək hüququ verir. Bu mənada cənab İlham Əliyev də müraciətində, Azərbaycanın artan hərbi imkanlarını təsadüfən vurğulamadı. Həmçinin bu güc bizə imkan verəcək ki, regionda sülhü təmin etməklə bərabər, Naxçıvanla quru bağlantımız təmin edilsin, dövlət başçısının da anonsunu verdiyi kimi, "Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də". Azərbaycanın artan imkanları, Ermənistanın müttəfiqliklərinin özünü doğrultmaması, xüsusən Fransanın bu günlərdə BMT Təhlükəsizlik Şurasındakı fiaskosu Prezident İlham Əliyevin Azərbaycanın "diqtə edən tərəf" statusunu daha da möhkəmləndiyini göstərdi.
Bu il həmçinin Böyük Qayıdış proqramının icra arealı genişlənəcək, Zəngilanın ardınca Laçın öz sakinlərinə qovuşacaq. Şaxələndirilmiş və artan iqtisadiyyat, xüsusən reallaşmaqda olan meqalayihələr də hədəflərə doğru irəliləmək üçün imkanlar vəd edir. Bu mənada cənab Prezidentin çıxışında əhatələnən 2023-cü ilin yol xəritəsinin realizəsi şübhə doğurmur.
Təbii ki, 2022-ci ildə olduğu kimi, "Heydər Əliyev İli" ndə də korrupsiya ilə mübarizə dövlətin prioritetlərindən biri olaraq qalacaq. Həm korrupsiyaya qarşı mübarizədə, həm də hər hansı formada məmur özbaşınalığını ehtiva edən istənilən hərəkətə qarşı ciddi tədbirlər davam edəcək. Həyata keçirilən kadr və struktur islahatları ilə cənab İlham Əliyev bu gün elə bir daxili siyasi situasiya və möhkəm dövlətçilik məfkurəsi formalaşdırıb ki, dövlətə, dövlət başçısının siyasi kursuna və xalqa xəyanət edən, yaxud tamahının əsirinə çevrilən kimliyindən asılı olmayaraq hər hansı məmurun əvəzlənməsi dövlət aparatının normal və stabil fəaliyyəti üçün əngələ çevrilmir. Bu mənada 2023-cü ildə etimadı doğrultmayacaq, qarşıya qoyulan milli prioritetlərə nail olmaq üçün səy göstərməyən, dövlət maraqların təmin edilməsində töhfə verməyən, Heydər Əliyev yolunda yürüməyə layiq olmayan heç kimə hansısa formada ikinci şans verilməyəcək".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2089   Tarix: 05 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

8 noyabr
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

8 noyabr
.

Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, birliyinin və sarsılmaz mübarizə əzminin təntənəsidir. xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı məlumatda qeyd olunub. "Prezident, Müzəffər Ali Baş Komanda

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr