"İnfiniti"ni aşıran sürücü 100 gün sonra öldü...
Bir neçə ay əvvəl Qaxda ağır yol qəzası törədən sürücü xəstəxanada vəfat edib.
Sonxeber.az Qafqazinfo-ya istinadla xəbər verir ki, ötən il sentyabrın 17-də saat 23 radələrində 1989-cu il təvəllüdlü Kamalov Kamal Əlyar oğlu idarəetmə hüququ olmadan sərxoş halda sürdüyü "İnfiniti" markalı avtomobili aşırıb.
Həmin vaxt avtomobili Qax rayonu, Güllük kəndi ərazisindən Qax şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq yolun kənarında olan fındıq ağaclarına dəyib. Avtomobilin aşması nəticəsində sərnişin Mustafayev Elsevər Niyazi oğlu yüngül xəsarət alıb, K.Kamalovun özü isə həmin vaxt xəstəxanaya yerləşdirilib. Lakin 100 gündən artıq davam edən müalicəyə baxmayaraq o, yanvarın 4-də xəstəxanada ölüb.
Faktla bağlı Qax RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1362 Tarix: 05 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri
8 noyabrZəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabr