Yeni il gecəsi insanların üzərinə pirotexniki vasitələr atanlar həbs olundular
Dekabr ayının 31-də Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təşkil olunan tədbirdə qanunla satışı və istifadəsi qadağan olunan pirotexniki vasitələrdən istifadə edərək xuliqanlıq edən və vətəndaşların haqlı narazılığına səbəb olan şəxslər saxlanılıb.
Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri texniki-axtarış tədbirləri nəticəsində pirotexniki vasitələri kor-koranə şəkildə insanların üzərinə atan, şəhər sakinləri 1999-cu il təvəllüdlü Hüseyn Rəhimov və 2004-cü il təvəllüdlü Azər Abdıyev barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati qaydada 10 sutka müddətinə həbs olunublar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1524 Tarix: 05 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri
8 noyabrZəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabr