"2023-cü ildə Ulu Öndərin zəngin fəaliyyətini gənc nəsillərə daha dolğun şəkildə çatdırmaq imkanı yaranacaq" - Cavanşir Paşazadə

"2023-cü ildə Ulu Öndərin zəngin fəaliyyətini gənc nəsillərə daha dolğun şəkildə çatdırmaq imkanı yaranacaq" - Cavanşir Paşazadə"2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi onun xalq qarşısında misilsiz xidmətlərinə verilən yüksək dəyərdir".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan olunub:

"2023-cü ildə ulu öndər Heydər Əliyevin 100 illiyi tamam olur. Ümummilli liderin anadan olmasının 100 illiyi bu il xalqımız tərəfindən yüksək səviyyədə qeyd ediləcək. 2023-cü ildə müəyyən olunacaq tədbirlər planına əsasən xalqımız ulu öndər Azərbaycan dövləti mövzularında silsilə tədbirlər təşkil ediləcəkdir. 2023-cü ildə Ulu Öndərin zəngin fəaliyyətini və çoxşaxəli irsini "Heydər Əliyev İli" çərçivəsində gənc nəsillərə daha dolğun şəkildə çatdırmaq imkanı yaranacaqdır".

Deputat söyləyib ki, ulu öndər Heydər Əliyev ömrünü xalqına və dövlətinə həsr edən dahi şəxsiyyətdir:

"Ümumilli liderin həyatı Azərbaycanın tarixi ilə bağlıdır. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin yüksək səviyyəli idarəçiliyinin və liderliyinin şahidi olub. Bugünkü Azərbaycanın rifahı Ulu Öndərin adı ilə bağlıdır. Bilirsiniz ki, 90-cı illərin əvvəlləri xalqımız üçün ən ağır dövr idi. Həmin dövrdə ulu öndər Heydər Əliyev həyatını təhlükəyə ataraq ölkəyə geri qayıtdı və ölkəmizi yenidən müstəmləkə altına düşməkdən xilas etdi. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər bir dövr nə qədər ağır olsa da ölkəni tərəqqiyə və inkişafa aparıb.

Deputat vurğulayıb ki, ulu öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması və qaçqın köçkünlərin öz yurdlarına qayıtması olub:

"Ümumilli liderin bu arzusunu onun layiqli davamçısı cənab prezident İlham Əliyev reallaşdırdı. Cənab prezident İlham Əliyev atasının siyasi kursunu uğurla davam etdirərək ölkəmizi güclü və qüdrətli ölkələr sırasına daxil edib. Ən önəmlisi isə ulu öndərin ən böyük arzusunu reallaşdıraraq Qarabağı öz sahibinə geri qaytardı. Bu gün soydaşlarımız illərdir həsrətində olduğu doğma yurdlarına geri qayıdırlar. Əminəm ki, ulu öndər Heydər Əliyev sağ olsaydı cənab prezidentlə qürur duyardı".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1447   Tarix: 05 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

8 noyabr
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

8 noyabr
.

Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, birliyinin və sarsılmaz mübarizə əzminin təntənəsidir. xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı məlumatda qeyd olunub. "Prezident, Müzəffər Ali Baş Komanda

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr