Azərbaycanda iş adamı özünü avtomobilində GÜLLƏLƏDİ - TƏFƏRRÜAT
Naftalanda baş verən intiharın bəzi detalları məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Ş.Qurbanov küçəsi, ev 4-ün qarşısında qeydə alınıb.
63 yaşlı Feyruz Qocayev özünə məxsus "Nissan" markalı, 46-BA-222 dövlət nömrə nişanlı avtomobilində intihar edib. O, ov tüfəngindən ürəyinə atəş açaraq özünü öldürüb.
Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları maşından 1 ədəd "Stoeger" markalı tüfəng götürüblər.
Onu da qeyd edək ki, F.Qocayev Naftalan şəhərində yerləşən "Şəfa" sanatoriyasının sahibi olub. O, ötən il həmin sanatoriyanı külli miqdarda borcu olduğu üçün satıbmış.
F.Qocayev borcu sələmçidən alıbmış. Sanatoriyanı satandan sonra onun yenə borcu qalıb. Təzyiqlərə dözə bilməyən iş adamı çıxış yolunu intiharda görüb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2450 Tarix: 05 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri
8 noyabrZəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabr