Vasif Talıbovun şirkəti CƏZALANDIRILDI
Valyuta tənzimi qaydalarının pozulmasına görə, "Gəmiqaya şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 8 protokol tərtib edilib.
APA xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi üzrə təqsirli bilinir.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Protokollar baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, "Gəmiqaya şirkəti" MMC Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsusdur. Onun oğlu Rza Talıbov uzun müddət "Gəmiqaya" Holdinqin prezidenti olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2670 Tarix: 05 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri
8 noyabrZəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabr