Bakı qarlı havaya hazırdırmı?
"Hər il olduğu kimi, Bakı Şəhər İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər görülür. Hər bir rayonda payız-qış mövsümünə hazırlıqla bağlı proqram hazırlanıb".
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildiriblər.
Qeyd olunub ki, rayonlar üzrə xüsusi halların baş verdiyi zaman hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən xüsusi tədbirlər planı təsdiq edilib:
"Tədbirlər planına uyğun olaraq, paytaxt qurumları qış aylarında üzərlərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə həll etməlidirlər. Bakı Şəhər İcra Hakimiyyətinin, idarə və təşkilatların xüsusi texnikaları saz vəziyyətə gətirilib, kifayət qədər duz və lazımi inventar ehtiyatı yaradılıb".
"Tapşırıq verilib ki, qış aylarında güclü qar yağdığı zaman və ya hər hansı digər fövqəladə halın - güclü küləyin, leysanın, zəlzələnin və ya digər təbii fəlakətin - baş verdiyi təqdirdə mobil rabitədə yarana biləcək problemləri nəzərə alaraq hər bir rəhbər şəxs öz iş yerində olmalı və yaranmış problemlərin həlli üçün konkret tədbirlər görməlidir.
Planlara görə, rayon qurumları arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahlar yaradılıb", - deyə məlumatda qeyd edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva