AVRORA QRUP YENİ İL ƏRƏFƏSİNDƏ UŞAQLARIN ARZULARINI REALLAŞDIRIB
Avrora Qrup "ASAN Məktub" sosial proqramı ilə birlikdə Yeni İl münasibəti ilə Ağstafa və Qazax şəhərində yaşayan qazi və aztəminatlı ailələrin uşaqlarına isti geyimlər, oyuncaqlar və məktəb ləvazimatları hədiyyə edib. Sosial aksiyanın məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.
"ASAN Məktub" sosial proqramı çərçivəsində həyata keçirilən bu təşəbbüs nəticəsində www.asanmektub.az saytına məktub göndərən 60 nəfər uşağın arzuları çin olub.
Avrora Qrup 2022-ci il ərzində "Korporativ sosial məsuliyyət proqramı"nda xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqları daim diqqət mərkəzində saxlamış və 2023-cü ildə də silsilə tədbirlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.
#AvroraQrup #AvroraMMC #AvroraGroup #Asanmektub #Yeniil #bayramhediyyesi #Şaxtababa #sosialproqram



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 753 Tarix: 05 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri
8 noyabrZəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabr