10-cu sinif şagirdi dostu ilə birgə itkin düşüb
Sumqayıtda 10-cu sinif şagirdi dostu ilə birgə beş gündür itkin düşüb.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Allahverdiyev Kamran Xaliq oğlu dekabrın 31-də dostu ilə birgə evdən çıxıb və geri qayıtmayıb.
İtkinin xalası Sədaqət Salamova deyib ki, həmin gün Kamranın doğum günü olub:
"Kamran paytaxtda yerləşən şadlıq evlərindən birində ofisiant işləyib. Bayram günü onun doğum günü idi. Evdən çıxanda dedi ki, mən dostum Kənanla işə gedirəm, ondan sonra da doğum günümü qeyd edəcəyik. Günün sonunda anası ilə danışıb, problem olmadığını deyib. Həmin vaxtdan sonra nə Kamrandan, nə dostu Kənandan xəbər var".
Qeyd edək ki, 19 yaşlı Kamran Allahverdiyev məktəbə bir neçə il gec getdiyi üçün hazırda orta məktəbdə oxuyur.
Onu görənlərdən polisə və ya 055 403 14 04 əlaqə nömrəsi vasitəsilə ailəsinə məlumat vermələri xahiş olunur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1471 Tarix: 05 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri
8 noyabrZəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabr