İşğaldan azad olunmuş Talış kəndinə daşıyıcı qaz xəttinin çəkilişi işi yekunlaşdı - VİDEO
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın Tədbirlər Planına uyğun olaraq qaz təchizatı məqsədilə yaşayış məntəqələrində paylayıcı qaz şəbəkəsinin qurulması nəzərdə tutulub.
Bu istiqamətdə görülən ilkin iş Tərtər rayonunun Talış kəndinin qazlaşdırılması olub.15 dekabr tarixindən etibarən Talış kəndinə polietilen borularla daşıyıcı yeraltı qaz kəmərinin çəkilməsi işlərinə başlanılıb. Vaxt məhdudiyyəti nəzərə alınaraq qazıntı işlərinə çox sayda müxtəlif texnika və işçi qüvvəsi cəlb edilməklə iki növbəli iş rejimində günün gecə vaxtlarında da işlər davam etdirilib.
Yeraltı daşıyıcı qaz kəmərinin tikintisi gedişatında qazıntı işlərindən öncə qaz kəmərinin dəhlizi boyunca ANAMA tərəfindən aparılmış mina təmizləmə əməliyyatları zamanı çoxsaylı mina aşkar olunub və zərərsizləşdirilərək ərazidən kənarlaşdırılıb. Qısa müddət ərzində tikinti-quraşdırma işləri başa çatdırılaraq qaz kəməri qaz təchizatı mənbəyinə qoşulub. Məlumat üçün bildirək ki, yeni çəkilmiş qaz xəttinin uzunluğu 11,1 kilometrdir.
Video materialda izləyə bilərsiniz:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva