41 yaşlı qadının ölümünə küçə itləri səbəb olub? - VİDEO
Abşeron rayon Masazır qəsəbəsində sahibsiz küçə itlərinin 41 yaşlı qadının ölümünə səbəb olduğu iddia edilir.
Sonxeber.az Baku tv-yə istinadən xəbər verir ki, İnci İskəndərova 4 ay öncə "Qurtuluş 93" yaşayış massivində itlərin hücumuna məruz qalıb.
Məlumata görə, itlər qadına binanın qarşısında hücum edib. O, aldığı xəsarətlərdən bir müddət xəstəxanada qalsa da, ötən gün dünyasını dəyişib.
Mərhumun rəfiqəsinin sözlərinə görə, qadının iki övladı var.
Sahibsiz itlərdən gileylənən qadın küçə-bacada övladlarının da başına eyni işin gələcəyindən qorxur. O, bildirir ki, dəfələrlə məsələ ilə bağlı icra hakimiyyətinə ərizə ilə müraciət edib. Lakin şikayətinə baxılmayıb:
"Qapı qonşum var idi. Yaşlı, şəkər xəstəsi olan kişiyə 10-a yaxın it hücum elədi, iflic vurdu".
Daha ətraflı videoda:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1802 Tarix: 06 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri
8 noyabrZəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabr