Maaş və pensiya artımları bu şəxslərə də aiddir

Maaş və pensiya artımları bu şəxslərə də aiddirXəbər verildiyi kimi, Prezident İlham Əliyev "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

"Qafqazinfo"nun məlumatına görə, sərəncamla 2023-cü il yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 15 faiz artırılaraq 300 manatdan 345 manata, minimum pensiya məbləği isə 16,7 faiz artırılaraq 240 manatdan 280 manata yüksəldilib.

Minimum əməkhaqqının artırılmasının əhəmiyyəti nədir?

Minimum əməkhaqqının artırılması Vahid Tarif Cədvəlinə (VTC) uyğun əməkhaqqı alanların məvaciblərinin artması deməkdir. Əməkhaqları VTC əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı, balıqartırma sahələrində çalışanlar daxildir. Həmçinin dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin maaşları da aidiyyəti dövlət orqanlarının kateqoriyaları üzrə müvafiq intervalda artmış olacaq.

Ölkə qanunvericiliyinə görə,VTC-nın tətbiqi büdcədən maliyyələşdirilən bütün müəssisə, idarə və təşkilatlar (dövlət idarəetmə və hakimiyyət, müdafiə, hüquq-mühafizə orqanları istisna olmaqla) üçün məcburidir. Digər müəssisə, idarə və təşkilatların işçilərinin Vahid Tarif Cədvəli əsasında təyin olunmuş əmək haqları müvafiq ixtisas dərəcəli işçinin əmək normasının yerinə yetirilməsi üçün əməyin ödənilməsinin minimum məbləğinin mütləq dövlət təminatıdır. Bu baxımdan minimum əməkhaqqının artımı VTC-nin bütün pillələri üzrə artıma (orta hesabla 15 faiz) imkan verəcək. Daha dəqiq desək, Nazirlər Kabineti həmin işçilərin tarif (vəzifə) maaşlarını minimum əməkhaqqı artımına uyğunlaşdırılmış şəkildə, əməyin ödənilməsinin dərəcələri üzrə artımlarla əks etdirən yeni cədvəli təsdiq edəcək. Ölkə başçısının sözügedən sərəncamında Nazirlər Kabinetinə müvafiq tapşırıq verilib. Cədvəldə işçilərin maaşları hər bir dərəcə üzrə artırılmış məbləğlərdə əksini tapacaq.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsi 19 dərəcə əsasında aparılır. Burada ən aşağı əməkhaqqı 1-ci dərəcə olmaqla minimum əməkhaqqıdır. Hazırda bu göstərici 300 manatdır. Ən yüksək əməkhaqqının ödənişi isə 19-cu dərəcə ilə olmaqla 979 manatdır (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlarda çalışanlar istisna olmaqla). Sonuncu dəfə VTC üzrə əməkhaqları ötən ilin əvvəlində artırılıb.

Əvvəlki illərin təcrübəsinə nəzər salanda məlum olur ki, əməyi 1-16 dərəcə ilə ödənilən işçilərin əməkhaqları minimum əməkhaqqının artımına uyğun artırılır. Bu, o deməkdir ki, əməyinin ödənişi bu dərəcələr arasında ödənilənlərin əməkhaqları 15 faiz artacaq. 17-19-cu dərəcə ilə əməkhaqqı alanlarda isə artım faizi aşağı olur.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkə başçısının adıçəkilən sərəncamı ilə bağlı keçirilən brifinqdə bildirib ki, minimum əməkhaqqının artırılması dövlət sektorunda çalışan 440-450 min şəxsin məvacibinin artmasına imkan verəcək. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son məlumatına görə, dövlət sektorunda 900,4 min nəfər çalışır. Bu da o deməkdir ki, minimum əməkhaqqının artması dövlət sektorunda çalışanların 50 faizinin və ya hər iki nəfərindən birinin əməkhaqqısı artacaq.

Hətta VTC əsasında əməkhaqqı ödənişi həyata keçirməyən özəl müəssisə və təşkilatlar belə işçiyə minimum məbləğindən aşağı həddə əməkhaqqı verə bilməzlər. Yəni, əvvəllər işçiyə 300 manat əməkhaqqı verən işəgötürən bu ildən etibarən bu məbləği 15 faiz artıraraq 345 manata yüksəltməli olacaqlar. Həmçinin işçiyə bu rəqəmdən yuxarı əməkhaqqı ödəsə də, rəsmiləşdirmə zamanı onu minimum həddə göstərənlər də onu 15 faiz artırmalı olacaqlar. Bu da işçiyə görə ödənilən məcburi sosial sığorta haqlarının artmasına şərait yaratmaqla pensiya kapitalının daha sürətlə artmasına imkan verəcək.

Minimum əməkhaqqının artması təkcə əməkhaqlarına təsir etmir. Belə ki, muzdlu işə aid olmayan fəaliyyətdən (hər hansı bir müəssisədə çalışmadan) gəlir əldə edənlərin məcburi dövlət sosial sığorta haqları minimum əməkhaqqına uyğun müəyyən edilir. Məsələn, Bakı şəhərində sahibkarlıq fəaliyyəti üzrə məşğul şəxsin ödədiyi aylıq məcburi dövlət sosial sığorta haqqı minimum əməkhaqqının 25 faizi qədərdir. Bu da o deməkdir ki, o, 2022-ci ildə 75 manat məcburi dövlət sosial sığorta haqqı ödəyirdisə, minimum əməkhaqqı artdığından bu ildən məbləğ 86,25 manata yüksələcək.

Minimum əmək haqqının artması digər fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan şəxslərin məcburi dövlət sosial sığorta haqlarının məbləğinə də təsir etsə də onlarda bu fərq az olacaq. Məsələn, fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən şəxs ötən il aylıq 15 manat məcburi dövlət sosial sığorta haqqı ödəyirdisə, bu il məbləğ 17,25 manat təşkil edəcək.

Həmçinin mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (müəyyən istisnalarla) ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği də dəyişəcək. Belə ki, qanunvericiliyə görə, mülkiyyətində 5 hektaradək torpağı olan şəxslər minimum əməkhaqqının 2 faizi, 5 hektardan 10 hektaradək olduqda 6 faizi, 10 hektardan yuxarı olduqda isə 10 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər.

Eyn zamanda, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslərin (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri, mediatorlar) aylıq icbari tibbi sığorta haqları minimum əməkhaqqının 4 faizi miqdarında müəyyən edilir. Bu da o deməkdir ki, bu qrupdan olan şəxslərin aylıq icbari tibbi sığorta haqları ötən il 12 manat idisə, bu ildən 13,8 manat olacaq.

Əmək pensiyasının minimum məbləğinin 280 manata yüksəldilməsinə gəlincə, bu, pensiya məbləğləri bu həddən aşağı olanlara aiddir. Yəni, hazırda 280 manatdan az məbləğdə pensiya alanların pensiyası bu göstəriciyə çatdırılacaq. Artımdan təxminən 100 min pensiyaçı yararlanacaq. Əmək pensiyasının minimum məbləği sonuncu dəfə ötən ilin əvvəlində 200 manatdan 240 manata yüksəldilmişdi.

Bundan başqa, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması da nəzərdə tutulub. Nazirlər Kabineti bununla bağlı bağlı təkliflərini 10 gün müddətində Prezidentə təqdim etməlidir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5987   Tarix: 06 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr
.

"Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib"

"Mən iki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Qaradonlu məktəbinin 120 illiyi olacaq. Düzdür, mənə çatan məlumata görə, oktyabrı

21 sentyabr
.

Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA

Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə

21 sentyabr
.

Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?

Tələbələri təhdid edən şəxs universitetə yenidən bərpa olunacaq. -a istinadla xəbər verir ki, Kənan Zindadilin universitetdən 1 illik uzaqlaşdırıldığı məlum olub. Xatırladaq ki, bir müddət əvvəl yayılan videogörüntülərdə iki şəxsin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) I kur

21 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Mərhum xanəndənin övladı atası barədə nələr danışdı?

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı

21 sentyabr
.

"Zəfər, suverenlik və diplomatik güc: Azərbaycan 2020-ci ildən 2026-cı ilə hansı yolu keçdi?" - David Seliverstovla geniş MÜSAHİBƏ

David Seliverstov: "Azərbaycan 2020-ci ildə hərbi-siyasi reallığı dəyişdi, 2023-cü ildə suverenliyini tam bərpa etdi, indi isə bu nəticələri diplomatik və iqtisadi gücə çevirir". Magen David Azerbaijan insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov -ın sualların

21 sentyabr
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

20 sentyabr
.

Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger

20 sentyabr