Arvadını öldürüb qapını arxadan bağlayıbmış - Video
Xəbər verdiyimiz kimi ötən gecə Bakıda 61 yaşlı kişi arvadını yaşadığı mənzildə qətlə yetirib.
Sonxeber.az-ın məlumatına görə, həmin şəxs arvadını öldürdükdən sonra qapını arxadan bağlayıb. Zənglərə və qapını döyən şəxslərə cavab verməyib.
Bu barədə FHN-in yaydığı açıqlamada bildirilib:
"Gecə saatlarında nazirliyin "112" qaynar telefon xəttinə Xətai rayonu, Zığ şosesində yerləşən mənzillərin birində sakinlərin uzunmüddətli telefon zənglərinə və giriş qapısının döyülməsinə reaksiya verməmələri səbəbindən xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər müvafiq vasitələrlə onmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq, polis əməkdaşlarının mənzilə daxil olmasına şərait yaradıblar. Həmçinin, mənzildə qətlə yetirilmiş 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın meyiti xilasedicilər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Mənzildə olan R.Həşimovanın əri 1961-ci il təvəllüdlü İlham Həşimov şübhəli şəxs qismində tutulub".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva