Kukla Teatrında yoxlamalar başa çatdı
Azərbaycan Dövlət Kukla Teatrında yoxlamalar başa çatıb.
Lent.az xəbər verir ki, bu məlumatı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Niridə Allahyarova öz sosial şəbəkə hesabında paylaşıb.
"Teatrda yoxlama davam etdirilmir və yenidən hər hansı bir yoxlamanın aparılması nəzərdə tutulmayıb. Bəzi sosial media hesablarında yoxlamanın yenidən keçirilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir", - deyə o qeyd edib.
Kukla Teatrından Lent.az-a bildirilib ki, onlar da xəbəri Nuridə Allahyarovanın paylaşımından öyrəniblər və teatra yoxlamaların başa çatması ilə bağlı akt hələ də göndərilməyib.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi ötən il noyabrın 21-də Kukla Teatrında yoxlamalara başlamışdı. Prezident İlham Əliyevin 2022-c il 22 dekabr tarixli sərəncamı ilə Anar Kərimov mədəniyyət naziri vəzifəsindən azad olunduqdan sonra yoxlamalara son verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 842 Tarix: 06 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri
8 noyabrZəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabr