Azərbaycanlı gənc rəssam şəhidlərin evinə gedib şəkillərini divara çəkir - FOTO-VİDEO
27 sentyabr 2020-ci il... O gün Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı. O gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. 44 gün davam edən müharibə nəticəsində, şəhid və qazilərin qanı və canı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu, düşmən tapdağında qalan torpaqlarımız azadlığa qovuşdu və 30 illik həsrətə son qoyuldu. Bizlərə bu xoşbəxtliyi bəxş edən, eləcə də əmin-amanlığımız üçün canını verən bütün şəhidlərimizin haqqı ödənilməzdir. Hər kəs bacardığı qədər onlara hörmətini bildirməyə çalışır.
BİG.AZ-ın haqqında danışacağı 27 yaşlı Tural Səlimzadə də rəssamlıq istedadı ilə onların xatirəsini özünəməxsus tərzdə əbədiləşdirir.
Belə ki, əslən kəlbəcərli olan, hazırda Göygöldə yaşayan rəssamımız ölkənin müxtəlif bölgələrindəki şəhid ailələrinin qonağı olub, evlərinin divarlarında qəhrəmanlarımızın portretini çəkir.
Onun həvəslə yaratdığı əl işlərinə heyrətlənməmək olmur. Portretlərin hazırlanması bəzən iki gün vaxtını alır. Rəssam bu işi sifarişlə ofis, restoran və digər məkanlarda da edir.
Tural çəkdiyi rəsmləri özünün "İnstagram" səhifəsində paylaşaraq, hər şəhid haqqında məlumat verməklə də onları insanlara tanıtmağa çalışır. O, bu işə müharibə dönəmində Polad Həşimovun portretini çəkməklə başladığını qeyd edir.
Bu yaxınlarda doğma yurdu Kəlbəcərdə olan Səlimzadə səfərlə bağlı paylaşımında bu sözləri yazıb:
"Payızda başlamışdı Vətən müharibəsi, elə payızda da sona yetdi. 44 günlük Vətən savaşı 30 illik işğala son qoymaqla tarixə Böyük Zəfərlə yazıldı. Bu Zəfərin qazanılmasında yüzlərlə Vətən oğlu qəhrəmanlıq, igidlik nümunələri göstərdi.
Bu gün biz rahat-rahat torpaqlarımıza ayağımızı qoyuruqsa, onlara və qazilərə borcluyuq. Sizlərin haqqı ödənməzdir. Hər zaman sizləri yaşatmaq bizlərin borcudur.
Bu Vətən torpağın qara bağrında sıra dağlar kimi duranlarındır.
Bir tarix boyunca onun uğrunda özünü tarixə verənlərindir.
Bayrağı sancan oğullar sancdı. Ora getmişəmsə də, qonaq olduğum yerdə uğrunda canlarını fəda verdikləri bayrağı çəkməyə bilməzdim".
Turalın əl işlərini, onların yaranma prosesini əks etdirən foto və videoları təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva