Deputat: Mediada vəzifəli şəxsin əməkhaqqı nə qədərdir ki, 3500 manat cəriməni ödəyə bilsin?!
"Media sahəsində nəzərdə tutulan cərimələr çoxdur. Önəmli olan şəxsin tənbeh olunmasıdır".
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında komitənin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, bu məsələ ciddi şəkildə müzakirə edilməlidir: "İnzibati cərimə ailəni gündəlik tələbat məhsullarından məhrum etməməlidir. Bütün iqtisadçılar hesablayır ki, hazırda Azərbaycanda gəlirin 60 %-dən çoxu istehlak mallarının alışına gedir. Ümumiyyətlə aydınlaşdırılmalıdır ki, mediada vəzifəli şəxsin orta aylıq əməkhaqqı nə qədərdir ki, o, 3500 manat cəriməni ödəyə bilsin?! Reytinqi ölçməməyə görə 1500 cərimə nə deməkdir? Bu cərimə çoxdur. Məncə, buna görə xəbərdarlıq da yetərlidir. Əvvəl belə olubsa, bunu indi belə qəbul etməməliyik. Bir çox hallarda biz sadəcə, cərimələri artıra-artıra gedirik. Prezident bir tərəfdən pensiyaları, əməkhaqlarını artırır ki, inflyasiyanın qarşısı alınsın, amma biz də cərimələri artırırıq. Ümumiyyətlə, İnzibati Xətalar Məcəlləsində bütün cərimələrə biz baxmalıyıq. Biz Cinayət Məcəlləsində buna getdik, humanizm tətbiq etdik. Amma İnzibati Xətalar Məcəlləsində də buna ehtiyac var".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1618 Tarix: 19 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini
8 noyabrAzərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed
8 noyabrMənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
8 noyabrDekabrda 9 gün iş olmayacaq - TARİXLƏR
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs
8 noyabr