MM komitə iclasında cərimələrin adekvat olub-olması müzakirə mövzusu olub
"Lisenziya alanda qurumun loqotipi təsdiqlənir. Sonradan bunu Audiovizual Şuraya demədən dəyişənlər cərimələnir".
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Medianın İnkişafı Agentliyinin Hüquq xidmətinin rəhbəri Rəqsanə Kərimova deyib.
O bildirib ki, Audiovizual Şuranın səlahiyyətində televiziyada orta aylıq əməkhaqqını müəyyənləşdirmək məsələsi yoxdur: "AzTV dövlət tərəfindən maliyyələşir. 3500 cərimənin ödənilməsi də dövlət büdcəsindən maliyyələşən audiovisual yayımçıya aiddir".
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev cərimənin əməkhaqqıya mütənasibliyinin aydınlaşdırılmalı olduğunu bir daha vurğulayıb: "Bu cərimə çoxdur".
Rəqsanə Kərimova isə qeyd edib ki, reytinq ölçən cihaz yeni tətbiq olunur və məqsədi audiovisual yayımçılara daha çox reklam verilməsinə nail olmaqdır.
Qüdrət Həsənquliyev isə onun məqsədiylə deyil, cərimənin adekvat olub-olmadığı ilə maraqlandığını diqqətə çatdırıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 746 Tarix: 19 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini
8 noyabrAzərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed
8 noyabrMənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
8 noyabrDekabrda 9 gün iş olmayacaq - TARİXLƏR
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs
8 noyabr