Bakıda internetdə kütləvi problem yaşanır? - RƏSMİ CAVAB
Bakıda müxtəlif rayonlarda yaşayan vətəndaşlar gündəlik istifadə etdikləri internetin sürətində və keyfiyyətində problem yaşadıqlarını bildirirlər.
Bu barədə bir qrup vətəndaş BAKU.WS-in "qaynar xətti"nə müraciət edərək problemin işıqlandırılmasını istəyiblər.
Mövcud vəziyyətlə bağlı BAKU.WS olaraq rəsmi quruma müraciət etdik və internetlə bağlı yaranan problemin səbəbini öyrənməyə çalışdıq. "Aztelekom" MMC-dən sorğumuza cavab olaraq bildirilirdi ki, hazırda sürətli internetin təmin edilməsi istiqamətində işlər davam etdirilir:
"Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri həyata keçirir. Hazırda Bakı, Abşeron, Şəmkir, Cəlilabad, Tovuz, Qazax daxil olmaqla, 60 rayon və şəhərdə GPON və digər genişzolaqlı texnologiyalarla sürətli internetin təmin edilməsi davam etdirilir.
"Aztelekom" MMC-yə və "Bakı Telefon Rabitəsi" MMC-ə internetin sürətinin azalması ilə bağlı kütləvi müraciət daxil olmayıb. Əgər fərdi halda hər hansı nasazlıq baş verərsə, "Aztelekom" MMC abunəçilərindən 170, "Bakı Telefon Rabitəsi" MMC isə abunəçilərindən 155 Çağrı mərkəzinə müraciət etmələrini xahiş edirik. Hər bir müraciət ən qısa zamanda araşdırılacaq və yaranmış problem aradan qaldırılacaq.
Sürətə gəlincə, abunəçilərə təklif olunan bir neçə tarif paketində onlar özləri sürəti seçmə haqqına sahibdirlər".
Qeyd edək ki, rəsmi quruma müraciət ünvanlanan zaman Yasamal və Abşeron rayonları üzrə problem yaşayan vətəndaşların ünvanları "Aztelekom" MMC-ə təqdim edilib və qurumun əməkdaşları adiyyəti ünvanlara gedərək problemin həlli istiqamətində işlər görüblər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva