Deputat: "Bələdiyyələrin işi ürəkaçan, qənaətbəxş deyil"
"Bu gün ölkədə fəaliyyət göstərən bələdiyyələrin işi ürəkaçan, qənaətbəxş deyil".
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov deyib.
Onun sözlərinə görə, parlementdə ötən müddət ərzində bələdiyyələrin təkmilləşdirilməsinə xidmət edən heç bir qanun layihəsi nə müzakirə edilib, nə də hər hansı qanun qəbul edilib: "Əksinə obyektiv səbəbdən bələdiyyələrin müəyyən səlahiyyətləri əllərindən alındı. Çünki bələdiyyələr öhdəsinə düşən işləri həyata keçirə bilmirdilər. Bələdiyyələr bu gün o vəziyyətdədir ki, onlar kosmetik deyil, fundamental islahatlara məruz qalmalıdır".
Deputat bildirib ki, bələdiyyə sahəsi islahat tələb edən sahədir: "Ölkəmiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız artır, idaəretmə sahəsində nailiyyətlər əldə edilir. Bələdiyyələr bu günə qədər necə fəaliyyət göstəribsə, indi də həmin formada davam edir. Bu da qəbuledilməzdir. Çünki bələdiyyə birbaşa vətəndaşlarla işləyən qurumlardır. Ona görə də bələdiyyələrin birləşməsi əsas məsələ olmalıdır. Bu gün ölkədə 1 606 bələdiyyə fəaliyyət göstərir ki, bunun da 80 %-i məhz kənd bələdiyyəsidir. Onlar da ən zəif səmərə göstərənlərdir. Onlar özlərini güc-bəla ilə saxlayan qurumlardlr. Dövlətdən alınan dotasiya hesabına yaşayırlar. Bu da qəbuledilməzdir. Bu gün bələdiyyələrdə iclas mədəniyyəti yoxdur. Bələdiyyə qərarları iclasda qəbul edilmir, sadəcə, kağıza yazılır və imzalanması üçün üzvlərə göndərilir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva