Kəlbəcərdə yoxlamalar aparıldı, təhlükəli vəziyyət aşkar edildi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu Kəlbəcər rayonunda apardığı ölçmə və yoxlamalar nəticəsində bəzi ərazilərdə radiasiya səviyyəsinin yüksək olduğunu aşkar edib.
Bu barədə "Report"a AMEA-dakı mənbə məlumat verib.
Onun sözlərinə görə, ölçmələr zamanı Dəlidağın bir tərəfində radon qazının səviyyəsinin çox yüksək olması müəyyən edilib:
"Dəlidağın digər tərəfində isə belə yüksək radiasiya aşkar edilmədi. Bu səbəbdən də həmin ərazidən çıxan sulardan birbaşa istifadə tövsiyə edilmir. Yerin təkindən çıxan bu qazı təmizləmək üçün isə həmin su mütləq bir hovuza yığılmalıdır və bir neçə gün ərzində radon özü suyun tərkibindən ayrılıb uçacaq. Müalicə məqsədi ilə istifadə edilən su vannalarında cüzi miqdarda radon olması normaldır, amma radionun qarışdığı suyun içilməsi qadağandır".
Qeyd edək ki, radon rəngsiz, iysiz radioaktiv qazdır, əsasən, uranla zəngin olan mədənlərdə, mağaralarda daha çox yayılır, qranit və vulkanik süxurlarda yüksək miqdarda olur və insan səhhəti üçün ciddi təhlükə törədir. Radonun ən ciddi təsiri radiaktivlikdən gələn alfa şüalanmasıdır. İnsan radon qazı qarışmış hava ilə uzun müddət nəfəs alsa zəhərlənməyə və az dozalı daxili şüalanmaya məruz qalacaq. Orqanizmin bu maddə ilə zəhərlənməsi heç bir əlamətlə hiss olunmur, lakin illər sonra zəhərlənmiş insan ciddi xəstəliklərdən əziyyət çəkir. Radon su, toz və dumana qarışaraq qida və nəfəs yolları vasitəsilə insan orqanizminə asanlıqla daxil olur, immun sistemini, qan yaradan hüceyrələri, sümük iliyini, ağ ciyərləri və nəfəs yollarını zədələyir. Bu isə ağciyər xərçənginə, qan xəstəliklərinə və genetik xəstəliklərə səbəb olur. Radonun siqaret çəkən insanlarda xərçəng xəstəliyi törətmə ehtimalı daha çoxdur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva