Azər müzakirə olunan şousu barədə: "TikTok"u mədəniləşdirəcəyəm" - FOTO

Azər müzakirə olunan şousu barədə: "TikTok"u mədəniləşdirəcəyəm" - FOTOAparıcı Azər İsmayılovun (Azər Zahid) "TikTok"da etdiyi "Təkərdə" şousu bir neçə gündür sosial şəbəkədə müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, bir çoxları statuslar yazaraq, şounun reytinqindən, orada qazanılan pullardan və izləmə sayının çoxluğundan bəhs edib.

Texnobloqer, Mətbuat Şurasının üzvü Fərid Pərdəşünas şou ilə bağlı paylaşım edərək, onun 2 günə 10 min dollar qazandığını vurğulayıb:

"Azərbaycan sosial media məkanında 1 ilk yaşandı. Azər Zahidin təsis etdiyi "Təkərdə" realiti-şousunun canlı yayımına TikTok platforması üzərində real zamanda 50 000 izləyici toplandı. 13 milyon bəyənmə və yüksək hədiyyəli yarışda qazancın 10 000 dollardan çox olduğunu təxmin edirəm. Azər düz edirmi? Əlbəttə, düz edir. "Maşın" şou ola bilər, amma beləsi yox? Yəni əgər efirlərimizdə belə şey varsa, niyə də "TikTok"da olmasın. Bu adamlar cəmiyyətin istədiklərini verirlər".

Məsələ ilə bağlı Azər Zahid Axşam.az-a açıqlama verib. O, səs-küylü şoudan gələn qazancdan, istifadə etdiyi texniki vasitələrdən danışıb:

"Televiziyada şou necədirsə, bizdə də elədir: işçi heyətimiz var, sponsorlarla müqavilə imzalanır, kənardan gələn heyət olur. Sosial şəbəkədə çox söz yazırlar. Yayım texnologiyam, televiziyadakı kimidir. Avstraliyadan, digər xarici ölkələrdən texnika gətirmişəm. "TikTok"u hər zaman söyüş yeri kimi tanıyırlar. Mən isə buranı mədəniləşdirmək istəyirəm. Sistemi elə qurmuşam ki, televiziya kimi olacaq. Filan saatda bu proqram, o biri saatda başqa veriliş başlayacaq. İştirakçılar öz yayımlarında başqa cürdür, mən isə etikanı qoruyuram.

Sosial şəbəkədə eyni anda canlı yayımı 50 min izləyici izləməyib. Bu rəqəmlər hər gün artır. Gün ərzində hesablasaq, bizim ümumilikdə 1 milyon izləyicimiz olur. Hansı telekanalı 1 gündə bu qədər insan izləyir? Növbəti buraxılışımızda xaricdən iştirakçılar olacaq. Türkdilli dövlətlərdən iştirakçıları birləşdirib, yarış keçirəcəyəm. Çoxları özləri gəlmək üçün mənə müraciət ediblər. İndi televiziyalar saytlara uduzub. İndi sosial şəbəkə hər şeydən birinci gəlir".

Azər - "Deyirlər, 2 gündə atılan hədiyyələrdən 10 min dollar qazanmısınız", - sualına belə cavab verib:

"Azərbaycanda orada qazanılan pulu çıxarmaq mümkün deyil. İştirakçılara gələn 1-2 milyonluq hədiyyələr sıralamadan geri qalmasınlar deyədir. Bu işin mətbəxini çoxları bilmir. İnsanlar götürüb 10 min dollar günə qazanmağımı yazmaqdansa, izlənmə rekordumu, televiziya formatını sosial şəbəkəyə gətirməyimi yazsınlar. Bunlar virtual məbləğdir. Tək bir ünvana gəlmir bu məbləğ. Onu gəlir kimi də göstərmək olmur. Azərbaycan bank sistemində bu pulu çıxarmaq sistemi yoxdur. Nağdlaşdırmaq olmur. İndi deyirlər Azərbaycanda da "TikTok"la müqavilə bağlanacaq. Onda biz də Türkiyə, Birləşmiş Ərəb Əmirliyi və digər ölkələrdə olduğu kimi, onu pul formasında çıxara biləcəyik. Əvvəl bunu Türkiyə, Rusiya vasitəsi ilə pula çevirib çıxarmaq olurdu. Amma ötən ildən bu da mümkün deyil".
Azər müzakirə olunan şousu barədə: "TikTok"u mədəniləşdirəcəyəm" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1330   Tarix: 19 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

8 noyabr
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

8 noyabr
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs

8 noyabr