Meyxanaçı Ələkbər Yasamallı SÜKUTU POZDU: Rəşad Dağlı ilə çörək kəsmişdik....

Meyxanaçı Ələkbər Yasamallı SÜKUTU POZDU: Rəşad Dağlı ilə çörək kəsmişdik....Meyxanaçı Ələkbər Yasamallı dostu Rəşad Dağlı və qətlə yetirilən bibisi oğlu İsgəndər Mehdiyevdən danışıb.

Sonxeber.az Demokrat.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılmış videoda tanınmış meyxanaçı açıqlaması ilə bir çox vacib məqamlara toxunub:

"Bu hadisə barədə danışmaq mənim üçün həddən çox çətindir. Çünki hər iki tərəf mənə çox yaxın olub. İsgəndər mənim bibim oğlum, doğmam idi. Rəşad Dağlı isə dostum idi. Rəşad Dağlı bizim evdə böyümüşdü, bir yerdə tonlarla çörək kəsmişdik. İsgəndərlə də çörək kəsmişdik. Allah şeytana lənət etsin! Onun iki gözəl gül balası var. İsgəndər yetim isə heç ailə də qurmamışdı. Allah ona rəhmət etsin, günahlarını bağışlasın. Yalnız onu deyə bilərəm ki, Allah Rəşadın da qapısını açsın, günahlarını bağışlasın. Bu iş olmamalı idi, ancaq oldu. Nə deyim!? Allah bilən məsləhətdir".

Ə.Yasamallı açıqlamasında bu hadisədən sənət dostlarının da sarsıldığını qeyd edib:

"Həmkarlarımın hamısı sarsılıb. Nəinki Rəşadın, heç bir sənət yoldaşımızın başına gəlməli bir şey deyildi. Rəşad özü azadlıqda olanda da bilirdi ki, Rəşadın uğurlarına daim sevinmişəm. Amma onun uğurlarına sevinməyənlər də var idi. Bunu özü çox yaxşı bilir. Biz, bir-birimizin uğuruna həmişə sevinmişik, kədərimizə də pis olmuşuq. Allah Aydına, Vüqara da rəhmət eləsin! Vüqar rəhmətə gedəndə Rəşadla bir yerdə gedirdik.
Dedi: "Qoca, Allaha and olsun ki, toyumuza çağırılası dostlarımız azalır". Yəni, Aydın, Vüqar, Rəşad yoxdursa, Ələkbər də yoxdur. Rəşad bizə pis olmayıb,mən də ona pis olmamışam. Belə bir faciədən kim özünə xal qazanırsa, bu qalıb onun kişiliyinə, mərdliyinə. Gizlətmirəm, bu hadisə mənə pis təsir edib. Nəinki, bibimoğluna, eləcə də dostum görə pis olmuşam".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 8907   Tarix: 21 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Oğlu buna görə Fatimə ilə yaşamır

Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı

10 oktyabr
.

"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO

Müğənni Xatun Əliyeva canlı yayım zamanı həmkarı Namiq Qaraçuxurlu ilə münasibətləri barədə danışıb. xəbər verir ki, sənətçi meyxana ustadı ilə uzun müddətdir əlaqə saxlamadığını və danışmadığını bildirib. Xatun buna səbəb kimi Aygün Kazımova ilə bağlı məsələni göstərib. "Aygün Kazımovaya görə danışmıram

3 oktyabr
.

Cim Kerri üçüncü dəfə gizli evləndi

Məşhur aktyor Cim Kerri üçüncü dəfə gizli evlənib. Axşam.az xəbər verir ki, 64 yaşlı aktyor 32 yaşlı asiyalı rəssam Min Ha ilə gizli şəkildə nikah bağlayıb. Toy Los-Ancelesdə yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə qapalı şəkildə keçirilib. Qeyd edək ki, Cim Kerri ilk dəfə 1987-ci ildə Meliss

1 oktyabr
.

25 milyonluq malikanəsi əlindən alına bilər

Hollivud ulduzu Ceyson Steytem İngiltərənin cənubunda yerləşən malikanəsindəki qonaq evini itirmək təhlükəsi ilə üzləşib. Axşam.az xəbər verir ki, aktyor və sevgilisi Rouzi Hantinqton-Uaytli Nyü-Forest Milli Parkının rəhbərliyi tərəfindən tikinti qaydalarını pozmaqda ittiham olunublar. Bu barədə "Th

17 oktyabr
.

"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"

Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun

14 oktyabr
.

"Kadir" "Eşref"i tək qoymayacaq

Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq

4 oktyabr
.

Keçmiş həyat yoldaşından "Yeraltı"nın ulduzu barədə etiraf

Türkiyəli aktrisa Melis İşiten 2019-cu ildə boşandığı Uraz Kaygılaroğlu ilə münasibəti barədə illər sonra diqqətçəkən açıqlamalar verib. xarici mediaya istinadən xəbər verir ki, proqramlardan birinə qonaq olan İşiten keçmiş həyat yoldaşı ilə hazırda çox yaxşı dost olduqlarını və qızları Ada üçün birlikd

29 sentyabr
.

Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib

Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib

13 oktyabr
.

Cim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?

Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey

4 oktyabr