Ehtiyacdan un kisələrini satdı, ölümü qızından gizlədildi - "Toppuş bacı" haqqında maraqlı faktlar - FOTO

Ehtiyacdan un kisələrini satdı, ölümü qızından gizlədildi - "Toppuş bacı" haqqında maraqlı faktlar - FOTOXeyli müddətdir xəstəliklə mübarizə aparan Əməkdar artist Tünzalə Əliyeva 49 yaşında dünyasını dəyişib.

Kulis.az sənətçi ilə bağlı maraqlı faktlar öyrənib. Həmin faktları təqdim edirik.

Tünzalə Məcid qızı Əliyeva 15 fevral 1973-cü ildə Gəncə şəhərində anadan olub. Atası fəhlə, anası isə tibb bacısı işləyən Tünzalə 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsinə qəbul olub.

Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda işlədikdən sonra Gəncəyə qayıdıb. Əvvəlcə Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib.

Ehtiyacdan un kisələrini satdı, ölümü qızından gizlədildi - "Toppuş bacı" haqqında maraqlı faktlar - FOTOBundan sonra Gəncədən Bakıya gəlib və C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyib. Bu teatrın səhnəsində "Müqəddəs Valentin günü", "Qısqanc ürəklər", "Pul hərisləri", "Ləyaqət", "Toros canavarı", "Poçt Şöbəsində xəyal", "O olmasın, bu olsun", "Dan yeri söküləndə" adlı tamaşalarda uğurlu rollar ifa edib.

Tünzalə Əliyeva kasıb ailədə böyüdüyünü hər zaman efirlərdə, dost tanış yanında səsləndirən sənət adamı olub. Müsahibələrinin birində ailəsindən söz açan aktrisa deyib:

Ehtiyacdan un kisələrini satdı, ölümü qızından gizlədildi - "Toppuş bacı" haqqında maraqlı faktlar - FOTO"Mən fəhlə ailəsində böyümüşəm. Normal ailəmiz olub. Sovet dövründən müstəqilliyə keçəndə böhran bizim ailəyə də təsir etdi. Zavod bağlandı, atam işdən çıxdı. Mən instituta girdim. 1-ci kursda oxuyanda xəstəxanaya düşdüm. Atam yanıma gəlmişdi. Mənə dedi ki, çalışacağam sənə yaxşı baxım. Ancaq səni yaxşı geyindirə bilməyəcəyəm. Düz 2 il hər gün bir yubkada dərsə getdim. Atam 40 gün işləyib mənə plaş almışdı... Mən naşükür deyiləm. O vaxt çox xoşbəxt idim, özüm işləyib pul qazanırdım. Rəfiqəmlə un sexinə gedib un torbaları götürürdük, gətirib evdə yuyurduq. Birini 20 qəpikdən satırdıq. Qazandığım pulları banka qoymuşdum. Bank iflasa uğradı, pullarım batdı. 800 manat 8 qəpik oldu. Əsəbdən 1 ay xəstəxanada yatdım. Mən heç vaxt keçmişimi unutmuram".

"Kişiləri qoruyun", "Yoxlama", "Qocalar", "Bir ovuc torpaq", "İstanbul reysi", "Qayınana" filmlərinə, "3 bacı", "Qız atası" seriallarına çəkilən Tünzalə Əliyeva 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

Ehtiyacdan un kisələrini satdı, ölümü qızından gizlədildi - "Toppuş bacı" haqqında maraqlı faktlar - FOTODolanışıq ucbatından qadın toylarında, xınayaxdılarda aparıcılıq edən aktrisa hətta məclislərdə aş gətirən rəqqasə obrazında çıxışlar edib. Aktrisa ailəsini saxlamaq üçün bu fəaliyyətlərə məcbur olduğunu deyib.

2013-cü il iyun ayının 3-də aktrisa özündən xeyli cavan Röyal adlı bəylə ailə həyatı qurub. Bu evlilikdən onların bir qız övladı dünyaya gəlib. Ancaq sonralar ailə haqqında onların evliliyinin saxta olması barədə xəbərlər yayılıb. Əslinə bu xəbərlərin yayılmasına səbəb aktrisanın verilişlərin birində - "bu evlilik saxta idi, biz ayrılmışıq", - sözlərini deməsi olub. Ancaq müğənninin həyat yoldaşı deyilənləri təkzib edərək açıqlama verib ki, "Xeyr, bu xəbər yalandır. Biz boşanmamışıq. Çox da xoşbəxt, firavan yaşayırıq. Siz sadəcə həmin verilişi izləyin, biləcəksiniz. Veriliş maraqlı alınsın deyə, anonsu elə yığıblar. Mən Tünzaləni sevirəm və biz boşanmamışıq".

Ehtiyacdan un kisələrini satdı, ölümü qızından gizlədildi - "Toppuş bacı" haqqında maraqlı faktlar - FOTO2018-ci ildə aktrisanın xərçəng xəstəliyinə tutulması barədə xəbərlər mediada yayılmağa başlayıb. Bir neçə dəfə əməliyyat olunan aktrisanın xərçənglə mübarizəsi xeyli zaman alıb. 60-dan çox kimyaterapiya etdirməyə məcbur olan aktrisanın saçları tökülüb. Vəziyyət o həddə çatıb ki, o, intihara da cəhd edib. Bu barədə o, son müsahibələrinin birində deyib:

"Məni tanıyanlar bilir ki, uzun saç mənim üçün önəmli idi. Birdəfəlik kəsə bilmirdim. Yavaş-yavaş kəsdirdim. Xırda hörüklər etdirmişdim. Axşam yatıb, səhər oyananda hörüklərimdən biri yastığıma tökülmüşdü. Röyala dedim ki, belə dözə bilməyəcəm, birdəfəlik qırxaq.

Ehtiyacdan un kisələrini satdı, ölümü qızından gizlədildi - "Toppuş bacı" haqqında maraqlı faktlar - FOTOHəkimə gedib-gəldim. Gördüm yoldaşım saçını keçəl qırxıb. Sonra mənim saçımı da qırxdı. Qızım Zəhra 3 gün depressiyaya düşdü. "Ana saçın hanı, ata saçın hanı?", - deyirdi. Sonra məcbur yaylıq bağladım. Çox ağır dönəmlərdən keçdim. Bu yaxınlarda həkimə getdim, mənə dedi ki, sənə yaxşı xəbərim yoxdur. İndi də böyrək damarlarında törəmə var. Hər halımda dözürəm. Kimyaterapiyaların təsirindən çox zəif düşmüşdüm. 8-ci mərtəbədə yaşayırdım. Çıxıb sürahidən tutub öz-özümə deyirdim, atım, atmayım? Axırı Röyalı çağırırdım ki, gəl ayağımı aşağı sal. Çünki, o qədər gücsüz idim ki, ayağımı aşağı salmağa belə taqətim yox idi. Dərindən nəfəs alırdım. Güclü olmaq lazımdır. Özümü ayaqda tutmağı bacarırdım".

Müalicəsinin son dönəmlərində aktrisa dərmanlarını ala bilmək üçün evini 70 min manata satışa çıxaracağını bildirib. Ancaq səhhəti ağırlaşdığından, səsi batan aktrisa ömrünün sonunu yaxınlaşdığını hiss edib. O, ölümündən bir müddət əvvəl Gəncəyə gedərək ailə üzvləri və qohumları ilə vidalaşıb.

Ehtiyacdan un kisələrini satdı, ölümü qızından gizlədildi - "Toppuş bacı" haqqında maraqlı faktlar - FOTO22 yanvar 2023-cü ildə Milli Onkologiya Mərkəzində 49 yaşında dünyasını dəyişən aktrisa 23 yanvarda özünün son vəsiyyətinə əsasən, "Qurd qapısı" məzarlığında dəfn olunub. Aktrisanın bacısının sözlərinə görə, Tünzalə Əliyevanın ölümü onun azyaşlı qızından gizlədilib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2780   Tarix: 23 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Başqa həbsxanaya köçürüldü

Amerikalı reper "P. Diddy"nin (Şon Kombs) Nyu-Cersi ştatındakı həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Axşam.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilib ki, yeni həbsxanada təxminən 100 məhbus saxlanılır. Əvvəlki müəssisədə isə bu rəqəm 400-

18 oktyabr
.

Elnarə Abdullayeva nənə oldu

Əməkdar artist Elnarə Abdullayeva nənə olub. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü paylaşım edib. Onun qızı Xədicənin övladı dünyaya gəlib. Oğlu doğulan ailə ona Cəlal adını qoyub. Qeyd edək ki, Xədicə Cavid adlı bəylə ailə qurub

17 oktyabr
.

"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova

Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas

10 oktyabr
.

Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia

Türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurupun fonddan əldə etdiyi qazancın 15 milyard 793 milyon lirəyə çatdığı iddia edilib. Axşam.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı kapital bazarı fondları ilə bağlı araşdırmada Sütşurupun maliyyə əməliyyatları il

3 oktyabr
.

Keçmiş həyat yoldaşından "Yeraltı"nın ulduzu barədə etiraf

Türkiyəli aktrisa Melis İşiten 2019-cu ildə boşandığı Uraz Kaygılaroğlu ilə münasibəti barədə illər sonra diqqətçəkən açıqlamalar verib. xarici mediaya istinadən xəbər verir ki, proqramlardan birinə qonaq olan İşiten keçmiş həyat yoldaşı ilə hazırda çox yaxşı dost olduqlarını və qızları Ada üçün birlikd

29 sentyabr
.

Ana olduqdan 9 ay sonra öldü

Müğənni Castin Biberin keçmiş sevgilisi, model Sahara Ray narkotik maddənin həddindən artıq dozada qəbul edilməsindən ölüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 34 yaşlı Sahara Ray oktyabrın 16-sı böyük dozada narkotik maddə qəbu

20 oktyabr
.

Oğlu buna görə Fatimə ilə yaşamır

Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı

10 oktyabr
.

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"

"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətkar konser

4 oktyabr
.

"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"

Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun

14 oktyabr