"Quranın yandırılması islamafobiyanın növbəti təzahürüdür" - DEPUTAT
"Danimarkalı ekstremist sağçı partiya "Ştram Kurs"un sədri Rasmus Paludanın Quranı yandırması bu gün dünyanın əsas gündəm məsələlərindən biridir.Təəssüflə qeyd etmək lazımdır ki, Qərbdə Quranın yandırılması, ona hörmətsiz münasibət ilk dəfə deyil baş verir. Bu hadisə artıq dəfələrlə təkrarlanır. Özü də bütün Avropanın gözü qarşısında. Son hadisəyə də polis heç bir reaksiya vermədi. İllər öncə Məhəmməd Peyğəmbərin karikaturasının çəkilməsinə də Qərbdə ciddi reakisya verilməmişdi.Bu məsələnin insan hüquq və azadlıqları ilə əlaqələndirilməsinə gəldikdə isə bu absurd və qəbul edilməzdir. Üzrü qəbahətindən daha böyükdür".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, bu əməli törədənlər bu hörmətsizliyin hansı qarşıdurmalara gətirə biləcəyini nəzərə almalıdırlar.
"Tarixdə ən ağır, ən faciəvi müharibələr dini zəmində olub. Onlar bilməlidirlər ki, bu əməlləri ilə həm də dinlərarası ədavəti qızışdırmış olurlar. Bütün bunlar onu göstərir ki, Qərbdə artan islamafobiyanın qarşısı qətiyyətlə alınmalıdır. Belə məsələlərə yalnız müsəlmanlar deyil, digər dinlərin liderləri, tanınmış siyasətçi və ictimai xadimlər də mütləq reaksiya verməlidirlər.
Tarixdə müsəlmanların digər dinlərin müqəddəs kitablarına hörmətsiz yanaşması ilə bağlı bir dənə belə fakt yoxdur. Çünki İslam müsəlmanlardan digər dinlərə hörmətlə yanaşmağı tələb edir.
Burada belə bir sual yaranır. Müsəlmanların digər dinlərin müqəddəs kitablarını yandırması həmin dinlərin daşıyıcılarına xoş gələrdimi? Əlbəttə yox. Ona görə bu məsələdə siyasi və dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin diqqətli olmasına çox önəmlidir.
Siyasi və dini mənsubiyyətindən asılı olmayaraq hər kəs digər dinlərin və xalqların dəyərlərinə hörmətlə yanaşmağı bacarmalıdır. Əks halda, zamanla dünyada dini müstəvidə qarşıdurma və dözümsüzlük halları daha da artacaq. Bu isə əlavə gərginlik ocaqları yaradacaq".
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1497 Tarix: 25 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
İranın dövlət televiziya və radio qurumu olan IRIB-in Azərbaycan dilində yayımlanan "Sahar Azəri" kanalında guya Türkiyədə ölkəmizlə bağlı aksiya keçirilməsi barədə yanlış məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, kanalın "YouTube" hesabında Türkiyənin Diyarbəkir şəhərind
12 oktyabrWSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"
11 oktyabrTramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. "Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə"
11 oktyabrSEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb və gəmidə yanğın baş verib. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. "Hörmüz boğazından qeyri-qanuni marşrutla çıxmağa cəhd edən
11 oktyabrİndoneziyanın Semeru vulkanı dörd dəfə püskürüb
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin məlumatına görə, Şərqi Yava əyalətində yerləşən Semeru vulkanının ən azı dörd püskürməsi qeydə alınıb. xəbər verir ki, mərkəzin məlumatına görə, kül sütunu vulkanın zirvəsindən (dəniz səviyyəsindən 4576 metr yüksəklikdə) 900 met
12 oktyabrBelçikada kütləvi tətil nəqliyyat və məktəblərin işini pozub
Belçikada dövlət sektoru işçilərinin büdcə xərclərinin planlaşdırılan ixtisarına qarşı ümummilli tətili ictimai nəqliyyatın, dəmiryolu əlaqəsinin, məktəblərin və dövlət teleradio yayımının işində fasilələrə səbəb olub. xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Tətil federal büdcəni
12 oktyabr