"Azərbaycanla Macarıstanı tarixi köklər bağlayır" - Kamilə Əliyeva

"Azərbaycanla Macarıstanı tarixi köklər bağlayır" - Kamilə Əliyeva"Vətən Müharibəsində şanlı qələbəmizdən sonra Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqla yanaşı, ölkəmizə dost dövlətlərin sayı artmaqdadır. Bu gün Azərbaycan Avropa İttifaqına daxil olan 10 ölkə ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamışdır. Bu dövlətlər arasında Macarıstan xüsusi önəm kəsb edir. Azərbaycanla Macarıstanı tarixi köklər bağlayır. Ölkə başçımız cənab İlham Əliyevin Macarıstana 4 dəfə səfər etməsi ölkələrimiz arasındakı əlaqələrin yüksək dostluq səviyyəsində olmasından xəbər verir".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.
"Azərbaycanla Macarıstanı tarixi köklər bağlayır" - Kamilə ƏliyevaDeputat həmçinin qeyd edib ki, Macarıstan Azərbaycan qazının istehlakçısı olmaqla yanaşı, həm də tranzit ölkə olacaq.
"Prezident cənab İlham Əliyevin Macarıstana səfəri çərçivəsində Azərbaycanla Macarıstan arasında genişlənmiş strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalandı. Prezident cənab İlham Əliyev Macarıstanda Azərbaycan-Macarıstan arasında dostluq əlaqələrinin yüksək səviyyədə olması, eləcə də Azərbaycan dövlətinin Macarıstanın enerji təhlükəsizliyinə böyük dəstək verəcəyi barədə mətbuata bəyanatla çıxış etdi.Artıq 2 ildir ki, Azərbaycan Avropaya qaz ixracı həyata keçirir. Bu gün bir sıra Şərqi Avropa ölkələrinə Cənub Qaz Dəhlizi vasitəsilə qaz hasil edilir. Yaxın bir neçə ildən sonra Cənub Qaz Dəhlizinin genişləndirilməsi və ixracın 2 dəfədən çox artırılması ilə bağlı Azərbaycanla Avropa Komissiyası arasında Anlaşma Memorandumu imzalanmışdır və Mərkəzi Avropa dövlətlərinə də Azərbaycan qazı ixrac olunacaq. Vaxtilə mövcud olmuş NABUKKO layihəsi yenidən fəaliyyətə başlayacaq. Bununla da Azərbaycan qazı Bolqarıstana, Rumıniyaya, daha sonra Macarıstana çatdırılacaq. Macarıstan Azərbaycan qazının istehlakçısı olmaqla yanaşı, həm də tranzit ölkə olacaq" ,- deyə deputat əlavə edib.

Kamilə Əliyeva bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə Macarıstan şirkətləri də fəaliyyət göstərəcək.

"Azərbaycanda paralel olaraq bərpa olunan enerji sahəsində də böyük layihələr həyata keçirilir. 2022-ci ilin dekabrında Azərbaycan,Gürcüstan, Rumıniya və Macarıstan dövlətləri arasında imzalanmış sazişə əsasən Azərbaycanda istehsal olunacaq yaşıl enerji Qara dənizin dibi ilə Avropa dövlətlərinə çatdırılacaq. Ölkəmizdə nəqliyyat-loqistika sahəsində də böyük layihələr həyata keçirilmişdir. Artıq Azərbaycandan Macarıstana və əks istiqamətdə dəmir yolu vasitəsilə yükdaşımalar həyata keçirilir.
İşğaldan azad edilmiş ərazilərimizdə Macarıstan şirkətləri də fəaliyyət göstərəcək. Ümumiyyətlə 30 yanvar tarixində Macarıstanın paytaxtı Budapeştdə Azərbaycanla Macarıstan arasında 7 sənəd imzalandı.
Macarıstanın Baş Naziri Viktor Orban Prezident cənab İlham Əliyevin güclü bir siyasətçi olduğunu və ölkəyə yaxşı rəhbərlik etmək üçün cənab İlham Əliyevdən çox şey öyrəndiyini xüsusi qeyd etdi. Prezident cənab İlham Əliyevin Serbiyaya səfəri zamanı bu ölkənin Prezidenti Aleksandr Vuçiç də cənab İlham Əliyevdən çox şey öyrəndiyini və ölkə başçımızın dünyanın ən güclü siyasətçilərindən biri olduğunu vurğulamışdı. Bu gün Prezident cənab İlham Əliyevin güclü siyasəti, bacarıqlı diplomatiyası sayəsində Azərbaycan dünya üçün önəmli bir ölkəyə çevrilmişdi" ,- deyə deputat vurğulayıb.

İstiqamət: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Azərbaycanla Macarıstanı tarixi köklər bağlayır" - Kamilə ƏliyevaŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 4182   Tarix: 06 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr