Avstraliyada Ermənistanın yalanlarından danışıldı

Avstraliyada Ermənistanın yalanlarından danışıldıAzərbaycan icması Avstraliya ictimaiyyətini Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən erməni separatçılarının yalanlarına inanmamağa çağırıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Avstraliya Azərbaycan Assosiasiyasının, Azərbaycan-Avstraliya-Türkiyə Dostluq Assosiasiyasının, Avstraliya-Azərbaycan Mədəniyyət Assosiasiyası və Kvinslend Azərbaycanlıları Cəmiyyətinin yaydıqları müraciətdə təcavüzkar imicə malik olan Ermənistan və erməni separatçılarının bütün dünyanı aldatmaq məqsədilə istənilən fürsətdən həyasızcasına istifadə etməyə çalışdığından, hətta idman yarışı zamanı siyasi çağırışlar etməkdən çəkinmədikləri qeyd edilib.

"Australian Open–2023" tennis yarışı zamanı Karen Kaçanovun çəkiliş kamerasının ekranına erməni separatçılarını möhkəm olmağa səsləyən yazı yazması bunun bariz nümunəsidir. "Bu, yolverilməzdir!", - deyə müraciətdə vurğulanıb.

Müraciətdə ermənilərin Azərbaycan torpaqlarında məskunlaşması tarixi, Azərbaycan ərazisində "Artsax" adlanan "dövlət"in mövcud olmadığı, erməni separatçılarının qondarma rejiminin beynəlxalq səviyyədə tanınmadığı, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti barədə ətraflı məlumat verilib. Beynəlxalq hüququn normalarına məhəl qoymayan və havadarlarına arxalanan Ermənistanın saysız-hesabsız təxribatlarının 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsinin başlanması ilə nəticələndiyi, Azərbaycan dövlətinin təkbaşına BMT qətnamələrini icra edərək öz əzəli torpaqlarını erməni işğalından azad etdiyi vurğulanıb.

"Lakin Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra da Ermənistan yenə işğal dövründəki siyasətini davam etdirir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı Azərbaycan ərazilərində ekoloji terror törədir, təbiətə böyük ziyan vurur. İşğal dövründə basdırılmış minaların xəritəsini verməyərək, Azərbaycanın dinc əhalisinə qarşı mina terroru həyata keçirir. Beləki, müharibə bitdikdən sonra 45 nəfər dinc azərbaycanlı həmin ərazilərdə həlak olub, 231 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb".

Ötən həftə baş vermiş bu hadisəyə dərhal reaksiya verən soydaşlarımız Avstraliya ictimaiyyətini Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə və Ermənistanın əməllərini pisləməyə dəvət ediblər. Qeyd edək ki, Avstraliyanın müxtəlif şəhərlərində yaşayan diaspor fəalları da fərdi olaraq "Australian Open–2023"ün rəsmi internet səhifəsinə, Avstraliyanın Tennis Federasiyasına və nüfuzlu telekanallara çoxsaylı məktublar ünvanlayaraq, bu yolverilməz olaya sərt etirazlarını bildiriblər.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1087   Tarix: 04 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

2 iyul
.

Prezident İlham Əliyev Kral III Çarlzı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət II Çarlzı təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızd

13 iyun
.

İlham Əliyev hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişikliyi təsdiqləyib

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər. "Report"a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklikləri imzalaması ilə mümkü

25 iyun
.

Prezident Lyayenlə təkbətək görüşdü - Fotolar

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

"Bakının Türk dünyasının əsas siyasi və mədəni platformalarından birinə çevrilməsi təsadüfi deyil" - AÇIQLAMA

Birinci Türkoloji Qurultay Türk dünyasının taleyini müəyyənləşdirən addım olub. Bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər namin

29 iyun
.

"Təhsil proqramları hər bir dövlətin strateji inkişaf yolunda əsas alətlərdən biridir" - DEPUTAT

"Cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması olduqca vacibdir. Çünki dövlətin inkişafını şərtləndirən ən mühüm amillərdən biri də onun təhsil sektorunun inkişaf etdirilməsidir. Müstəqil Azərbaycan dövlətini bugünkü inkişa

18 iyun
.

Azərbaycanda bir sıra qanunlar "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılıb

Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi bir sıra qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. "Report"a istinadən xəbər verir ki, söhbət Mülki Məcəllə, Vergi Məcəlləsi, Rəqabət Məcəlləsi, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında"

25 iyun
.

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizi

2 iyul
.

Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarətlə bağlı Konvensiyaya qoşulub

Azərbaycan "Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulub. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. [hh4-unikal]

25 iyun