Rusiya Qərbi Ermənistan-Azərbaycan razılaşmasını pozmaqda ittiham edir
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərbi Ermənistan-Azərbaycan razılaşması istiqamətində səyləri pozmaqda ittiham edib.
Sonxeber.az xəbər verir ki, Zaxarova ABŞ Dövlət Departamentinin Rusiyanı ATƏT-in Minsk Qrupu çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması səylərini pozmaqda ittiham edən bəyanatına reaksiya verib.
"Əgər kimsə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması səylərini relsdən çıxarıbsa, deməli, o, ABŞ-ın başçılıq etdiyi Qərb dövlətlərinin özləridir. Rusiya və Fransa həmsədrləri 2022-ci ilin fevralında uydurma bəhanə ilə rusiyalı həmkarları ilə əməkdaşlığı dayandırdıqdan sonra ATƏT-in Minsk Qrupu formatı tarixin kül yığınına düşüb", - deyə Zaxarova bildirib.
"Bunu nəzərə alaraq, biz bir çox hallarda haqqında danışdığımız ən yüksək səviyyədə müvafiq razılaşmalar əsasında üçtərəfli formatlar çərçivəsində İrəvan və Bakıya dəstəyin göstərilməsinə yönəlmişik", - deyə XİN sözçüsü əlavə edib.
Zaxarova bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan nizamlanmasında Amerika vasitəçiliyinin real addımlar ola biləcəyini və ya hər hansı əlavə dəyər daşıya biləcəyinə inanmır.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb