Səfir: "Ermənistan Xocalıda törədilən vəhşiliklərdə öz günahını etiraf etməyib"
Ermənistan 31 il keçməsinə baxmayaraq, Xocalıda törədilən vəhşiliklərdə öz günahını etiraf etməyib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Xarici işlər nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov "Xocalı: Barışıq üçün etiraf et" beynəlxalq koalisiyası üzvləri, eləcə də yerli və xarici mətbuat nümayəndələrinin iştirakı ilə "Keçid ədaləti və dayanıqlı sülh" mövzusunda keçirilən dəyirmi masada deyib.
Səfir əlavə edib ki, "Xocalı: barışıq naminə etiraf et" beynəlxalq koalisiyasının əsas təklifi cinayəti törədən tərəfin etirafından ibarət olan keçid ədaləti adlanan mexanizmdən istifadə edilməsidir. Onun sözlərinə görə, hazırda bu mexanizm tərəflər arasında barışığa nail olmaq üsulu kimi müxtəlif formatlarda çox geniş istifadə olunur.
O, koalisiyaya səmərəli fəaliyyətinə görə təşəkkür edib və Azərbaycanın hazırda ədalət və sülhə kökləndiyini, tarixdə yeni səhifə açmağa hazır olduğunu vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1079 Tarix: 26 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabr