Hacı Şahini əvəzləyən şəxs barədə maraqlı məlumatlar
Martın 2-də dünyasını dəyişən tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin axundu Hacı Şahini əvəzləyən şəxsin kimliyi məlum olub.
Yenisabah.az xəbər verir ki, bundan sonra Hacı Şahini Hacı Elbrus Kərimov əvəz edəcək. Bu gün saat 13:00-da möminlər Məşədi Dadaş məscidində onun imaməti ilə cümə namazı qılacaqlar.
Hacı Elbrus Kərimov kimdir?
Hacı Şahinin xələfi gənc olsa da, məscid camaatı tərəfindən yaxşı tanınır.
Hacı Elbrus Kərimov 5 noyabr 1992-ci ildə anadan olub. Hacı Şahinin əsas yetirmələrindən biri sayılır. Azərbaycan dili ilə yanaşı, ərəb və rus dillərini də bilir. Hazırda Darul-Hikmət Elm və Tədris mərkəzində müəllim və elmi işçidir.
Mədrəsə təhsilini bitirdikdən sonra İİR Əl-Mustafa Universitetində distant təhsil almağa başlayıb.
Darul Hikmət Elm və Tədris Mərkəzində rus və Azərbaycan bölməsində Ərəb dili, Fars dili, Şəriət və Üsul dərslərini tədris edir.
"Dini anlama məntiqi" adlı kitabın müəllifidir. Kitaba ön sözü müəllimi Hacı Şahin Həsənli yazıb. Mərhum ilahiyyatçı yazmış olduğu ön sözdə tələbəsinin zehni əməyini yüksək qiymətləndirib.
Sələfindən fərqli olaraq, Elbrus Kərimov sosial şəbəkələrdə o qədər də fəal deyil. Onun "Instagram" hesabını cəmi 725 nəfər, "YouTube" hesabını isə 563 nəfər izləyir.
Mərhum Hacı Şahin Həsənlinin öz sevimli tələbəsi Hacı Elbrusa həmişə dəstək olduğu bildirilir. Hacı Şahin sağlığında bir neçə dəfə Məşədi Dadaş məscidində cümə namazının Hacı Elbrus Kərimov tərəfindən qılınmasına şərait yaradıb.
Hacı Elbrus Kərimov ailəlidir, bir qız, bir oğul atasıdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3382 Tarix: 10 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021