Bakıdakı silahlı insidentin şahidi: "Atəşdən iki dəqiqə sonra bura gəldik" - CANLI YAYIM + YENİLƏNİB

Bakıdakı silahlı insidentin şahidi: "Atəşdən iki dəqiqə sonra bura gəldik" - CANLI YAYIM + YENİLƏNİB"Biz atışma səslərinə gəldik. Atəş açanları görmədik, iki nəfər xanım görüb. Onlar da qaçdılar yolun o biri tərəfinə".

Oxu.Az xəbər verir ki, bu barədə şahid Baku TV-nin hadisə yerinə yollanan müxbirinə açıqlamasında deyib.

Hadisə şahidi bildirib ki, yaralılara ilkin tibbi yardımı onlar göstəriblər:

"Biz atəş səsləri eşitdikdən 1-2 dəqiqə sonra bura gəldik. İki nəfər yaralı var idi. Onların ayaqlarını juqutla bağladıq və təcili tibbi yardıma məlumat verdik. Biri dedi ki, ATU-nun tələbəsidi. O sağ ayağından güllə yarası almışdı. O biri bilmədik kim idi. Tələbə dedi ki, Xırdalanda yaşayır, heç kimlə ədavəti olmayıb".

15:51

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədilər.

Baku TV-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, silahlı insident nəticəsində üç nəfər xəsarət alıb və bir avtomobilə ziyan dəyib.

Canlı yayımı təqdim edirik:

15:43
Bakının Səməd Vurğun küçəsində silahlı atışmada yaralanan şəxslərdən biri tələbədir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2002-ci il təvəllüdlü Fəqan Rəhimli Azərbaycan Tibb Universitetinin tələbəsidir.

Məlumatı Oxu.Az-a ATU-nun mətbuat xidmətindən təsdiq ediblər.
15:31

Bakıda silahlı insidenti törətməkdə şübhəli bilinən bir nəfər tutulub.

Bu barədə Oxu.Az-a DİN-dən məlumat verilib.

İctimaiyyətə əlavə məlumat veriləcək.

15:23
Bakıda silahlı insident zamanı xəsarət alanların kimlikləri məlum olub.

DİN-dən Oxu.Az-a verilən məlumata görə, xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur.

Onlar xəstəxanaya çatdırılıblar.

15:02

Bakıda silahlı insidentlə bağlı yeni məlumat üzə çıxıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, yaralananlardan ikisi təxminən 20-25 yaşlarında olan oğlandır. Onların hər ikisi ayaq nahiyəsindən güllə yarası alıb.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.

TƏBİB-dən verilən məlumata görə, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Əlavə məlumat veriləcək.

14:57

Bakıda silahlı insidentin baş verdiyi ərazidən görüntülər yayılıb.

Oxu.Az-ın əldə etdiyi görüntülərdə iki nəfərin qan içində yerdə uzandığı əks olunub.

Həmçinin videoda polislərin hadisə yerində olduğu görünür.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, silahlı şəxs hadisə yerindən qaçıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi rayonunda üç nəfərin odlu silahdan açılan atəşdən yaralanması barədə polisə məlumat daxil olub.

14:45

Bakıda silahlı insident olub.

Oxu.Az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

İnsident zamanı silahlı şəxs(lər)in iki nəfəri güllələdiyi iddia edilir.

DİN Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, hadisə yerinə polis briqadası cəlb edilib.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 9733   Tarix: 10 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021