"Qlobal Bakı Forumu göstərdi ki, Azərbaycan Dünyada və bölgədə sülhün tərəfdarıdır"-DEPUTAT
"Bakıda "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusuna həsr olunan Qlobal Bakı Forumu başlayıb. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir. Davamlı gərginliklərin aradan qaldırılması bəşəriyyətin hər hansı bir nöqtəsinə toxunan kimi onun titrəyişi bütün yer kürəsinə yayılır. İnformasiya cəmiyyətinin xarakteri budur. Dünyanın gözü Bakıdadır. Dünyanın bu günü və gələcəyi barədə Bakıda fikir mübadiləsi aparılır. Planetin bu günü və sabahı dövlət başçılarını, siyasətçiləri, Nobel mükafatı laureatlarını, iqtisadçıları ciddi şəkildə, daha qlobal düşündürməyə vadar edir. Buna görə də onların bir araya gəlməsi həddindən artıq vacib məsələdir. Demoqrafiya, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, tibbin gələcəyi, gen mühəndisliyi, sülh çağırışları, kibertəhlükəsizlik, süni intellekt, kvant hesablamaları, "ağıllı" materiallar, robototexnika, transhumanizm, yeni enerji resurları bütün bunlar yaşadığımız əsrin əsas paradiqmalarıdır. Paradiqmaların sürətlə bir-birini əvəzləməsi yeni situasiyalar yaradır. Mütləq şəkildə bu istiqamətlərdə fikir mübadiləsi aparılmalıdır".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Etibar Əliyev deyib.
O bildirib ki, Bakı Qlobal Forumu öz tutumu ilə də fərqlənir.
"Vaxtilə dünyanın gələcəyi barədə tədqiqatların aparılması üçün "Roma klubu" yaradılmışdı. Paradiqmalar dəyişdiyindən dünya səviyyəli bir klubun yaradılmasına ehtiyac var. Düşünürəm ki, Forumdan irəli gələn əsas məsələlərdən biri bu olmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin dünya çaplı mütərəqqi düşüncələri sayəsində Dövlət başçıları, tanınmış alimlər, intellektuallar, Nobel mükafatı laureatları, məşhur iqtisadçılar yenidən bir araya gəldilər. Dövlətimizin başçısı çıxışında qeyd etdi ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur: "Mən Forumun proqramı ilə tanış oldum. O, hər zaman olduğu kimi kifayət qədər genişdir. Proqram Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları əhatə edir. Bununla yanaşı, bu gün dünya gündəliyinin aktual məsələləri də müzakirələr mövzusu sırasındadır.Qlobal Bakı Forumu göstərdi ki, Azərbaycan Dünyada və bölgədə sülhün tərəfdarıdır və Dünyanın intellektuallarının Qlobal problemlərin həlli üçün səylərinin birləşdirilməsinə çalışır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Rusiya-Ukrayna müharibəsi: Tramp razılaşmanın yaxın olduğunu açıqladı, cəbhədə döyüşlər şiddətlənir
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
8 Noyabr - Şuşanın azad edildiyi gündür
Tramp İranı yenidən bombalamaqla hədələdi: "Ölkənin qalan hissəsini də məhv edə bilərik"