Baş Prokurorluqdan açıqlama: Bağban işlədiyi evdə meyiti tapılan Vüsalı qohumları öldürtdürüblər? - YENİLƏNİB

Baş Prokurorluqdan açıqlama: Bağban işlədiyi evdə meyiti tapılan Vüsalı qohumları öldürtdürüblər? - YENİLƏNİBBaş Prokurorluq bağban işlədiyi evdə meyiti tapılan Vüsal Nəcəfovu qohumlarının öldürtməsinə dair yayılan xəbərlərə münasibət bildirib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Vüsal Nəcəfovun martın 5-də Xəzər rayonunda yerləşən günəmuzd işlədiyi fərdi yaşayış evlərindən birinin hamam otağında ölməsi faktı ilə bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır:

"Ölüm səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilib, eləcə də digər zəruri hərəkətlər davam etdirilir".

13:08

Martın 5-də Türkan qəsəbə sakini 38 yaşlı Vüsal Nəcəfovun cansız bədəni bağban işlədiyi Zirə qəsəbəsindəki bağ evinin hamamında aşkar edilib.

Rəsmi qurumların verdiyi ilkin məlumata görə Vüsal Nəcəfov dəm qazından boğulub. Bağban işlədiyi evin sahibi Əli Hüseynov isə Vüsal Nəcəfovun epilepsiya tutmasından dünyasını dəyişdiyini iddia edib.

Vüsal Nəcəfov 10 ilə yaxındır ki, Zirə qəsəbə sakini Əli Hüseynovun evində bağban kimi çalışırmış. Hər dəfə işləyəndən sonra evin həyətində yerləşən hamamda yuyunub, sonra evinə gedirmiş. Bu dəfə ev sahibi və ailəsi evdə olmayıb. Vüsal Nəcəfov yuyunmaq üçün hamama keçib və ondan saatlarla xəbər çıxmayıb...

Mərhumun həyat yoldaşı və yaxınları Vüsal Nəcəfovun ölümündə şübhəli məqamların olduğunu iddia edirlər.

Bizim.media-ya müraciət edən Nəsibə Mürsəlovanın iddiasına görə həyat yoldaşı Vüsal Nəcəfov öz əcəli ilə ölməyib:

"Yoldaşımı bacısına görə anası, dayısı və xalası oğlu ölümlə hədələyirdi. "Səni Türkandan yox elətdirərik, öldürərik, işimizə qarışma", - deyə təhdidlər alırdı. Vüsal bacısını düz yola çəkmək istəyirdi. Onun üçün hər şey edirdi. Amma heç bir faydası olmadı, əksinə, özü bu həyatdan getdi. Təhdidlərdən yorulmuşdu, ölən günə qədər qorxurdu".

Nəsibə Mürsəlova həyat yoldaşının ölüm faktının araşdırılması ilə bağlı polis şöbəsinə müraciət etdiyini bildirib:

"Dünən polis bölməsində izahat yazdım. İstəyirəm, Vüsalın ölümü diqqətlə araşdırılsın. Meyiti ekspertiza olunub, 21 gündən sonra nəticəsi məlum olacaq".

Nəsibə Mürsəlovanın səlahiyyətli nümayəndəsi Vüqar Əmirov da Vüsal Nəcəfovun ölümündə şübhəli məqamların olduğuna diqqət çəkib. O, deyib ki, bacısı Səadət Nəcəfovanın erkən yaşda və qeyri-rəsmi nikaha girməsinə etiraz edən Vüsal Nəcəfov dəfələrlə Xəzər Rayon Polis İdarəsinə müraciətlər edib və izahatları alınıb.

Amma işə baxılmayıb. 14 yaşında nikaha girən, 15 yaşında isə ana olan bacısının bir övladla atılması və ortada qalması ilə barışa bilməyib:

"Bacısının düz yola qayıtmasına görə mübarizə aparırdı. Anası ilə bu səbəbdən münasibətləri gərginləşmişdi. Anası Raisədən (əsl adı Raifədir), xalası oğlu Bahəddindən, Moskvada yaşayan dayısından və digər qohumlarından hədələr alırdı ki, "Səadətlə işin olmasın, onun böyüyü bizik, ərə biz vermişik və sən qarışma" deyirdilər. Vüsal ölümündən bir həftə əvvəl bacısını yanacaqdoldurma məntəqəsində dostunun maşınında görmüşdü. Yaxınlaşıb onu maşından düşürmək istəyəndə bacısı sürücüyə işarə edib və oradan uzaqlaşıblar. Həmin gün də şikayətləndi ki, bacısının hərəkətlərinə görə ailə üzvləri onu ölümlə hədələyirlər. Telefonu yoxlanılsa, yəqin ki, kimlər tərəfindən hədələndiyi ortaya çıxacaq. Vüsalın sağlığında məndən xahişi o olub ki, ona bir şey olsa, mübarizəsini mən davam etdirim".

Vüqar Əmirovun sözlərinə görə Vüsal Nəcəfovun ölümü ilə bağlı iki versiyanın ortaya atılması da olayla bağlı şübhələri artırır:

"Prokurorluqdan və "morq"dan bizə məlumat verildi ki, Vüsal qaz sızmasından vəfat edib. Ev sahibi Əli Hüseynov isə əminliklə deyir ki, Vüsal dəm qazından deyil, epilepsiyadan dünyasını dəyişib. O zaman sual olunur, epilepsiya xəstəsi həmin gün işə niyə çağırılır və evdə tək buraxılır? Vüsal Əlinin evində 10 ildir ki, çalışır və o, işlədiyi vaxt evdə hər zaman adam olub. Amma həmin gün Əli ailəsi ilə qonaq gedib və gecə saatlarında evə gəliblər. Evdə adam olsaydı, o, ölməzdi. Vüsal əsəbiləşəndə ürəkkeçməsi olurdu. Bəzən aylarla narahatlığı olmurdu. Dərmanını vaxtı-vaxtında qəbul edəndə isə şikayətlənməzdi".

Xatırladaq ki, Türkan qəsəbə sakini Səadət Nəcəfova 2020-ci ildə 14 yaşında qəsəbə sakini 28 yaşlı Yalçın adlı şəxslə qeyri-rəsmi nikaha girib, 15 yaşında isə 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu) ana olub. Xəstəxana azyaşlının uşaq dünyaya gətirməsi ilə bağlı dərhal Xəzər Rayon Polis İdarəsinə məlumat verib. Amma aidiyyəti polis bölməsi olaya heç bir reaksiya verməyib və günahkarlar cəzalandırılmayıb. Səadət Nəcəfova ailəli ola-ola, həyat yoldaşının xalası oğlu ilə münasibətdə olduğuna görə isə qardaşı Vüsal Nəcəfov tərəfindən döyülüb.

Vüsal Nəcəfovun bacısı, anası və yaxınları ilə münasibətləri bu səbəbdən gərginləşib.

Sözügedən şəxsin ölüm faktının araşdırılması ilə bağlı Baş Prokurorluğa sorğu göndərilsə də, hələ açıqlama verilməyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1408   Tarix: 10 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021